H.A.A.R.P. - Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı

H.A.A.R.P - Nədir?

HAARP

     Hər nə qədər müharibələrin, savaşların olmasını istəməsək də bu qaçınılmaz faktdır ki, tarix  qan rənginə boyanmış ağ pərdə kimidir. Bu qan rəngi isə diktatorların, liderlərin öz kəskin siyasətləri nəticəsində ortaya çıxıb. Müharibə kim qazanır? Kimin daha yaxşı silahı varsa təbii ki O! Texnologiyanın inkişaf etmədiyi zamanlarda savaşlar əsgər gücü ilə, öngörülən siyasi tədbirlər ilə, tank və toplarla qazanılırdı. Ancaq indi elə bir əsrə gəlib çatmışıq ki, bütün bunlar arxa plana düşüb və kimin daha güclü silahı varsa o da savaşdan qalib ayrılır. Artıq yaşadığımız əsrdə insana ehtiyac duymayan mexaniki sistemlər -təyyarələr, tanklar və sairə sistemlər var. Ancaq bu mexaniki sistemlərin yanında birdə H.A.A.R.P var. Birazdan H.A.A.R.P-ı incələyərək onun nə olduğuna baxacıq və görəcik ki, əhəmiyyəti nədir. Bir silahmıdır, yoxsa ancaq elə tədqiqat programıdır?...

H.A.A.R.P - High Frequency Active Auroral Research Program; tərcüməsi:  Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı.

     ABŞ-da qütb parıltısının öyrənilməsi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsi kimi ictimaiyyətə göstərilmişdir. Ancaq işin arxa planında bir elmi-tədqiqat layihəsindən daha çox şey durur.

Tunqus meteroriti
     Bu texnologiyanın işləmə prinsipi nəzəri olaraq ilk dəfə serb əsilli ABŞ fiziki Nikola Tesla (1856-1943) tərəfindən işlənib hazırlanmışdır. Nikola Tesla bir fizik, ixitraçı, elektrik və maşın mühəndisi olmaqla yanaşı, həm də dahi bir şəxsiyyət olaraq bəşəriyyət tarixində bir sıra mühüm ixtiraları ilə tanınmışdır. Tesla apardığı tətqiqatlar nəticəsində belə bir nəticəyə gəlmişdir ki, yüksək tezlikli radio dalğaları güclü radio ötürücülərin köməyi ilə atmosferə göndərməklə atmosferin həmin hissəsini aktivləşdirmək, oranı qızdıraraq hava axınlarını idarə etmək mümkündür. Bu nəzəri olaraq öz əksini tapsa da, praktiki olaraq həyata keçib-kemədiyinə dair əlimizdə heç bir rəsmi sənəd yoxdur. Lakin geniş yayılmış, təsdiqini tapmamış populyar fərziyyələrdən biri də bu olmuşdur ki, 1908-ci il 30 iyun tarixində Sibirin Podkamennaya Tunquska (Tunqus) çayı hövzəsinə düşmüş nəhəng meteorit heç də deyildiyi kimi adi bir meteorit olmamış, Teslanın hansısa gizli tədqiqatının, elektrik üzərində apardığı növbəti məxfi sınağının nəticəsi olmuşdur və guya bu tətqiqatı ABŞ höküməti maliyələşdirərək dəstəkləmişdir. Əlbəttə ki, bu Tunqus meteroiti haqqında yayılmış onlarla fərziyyədən yalnız biridir. Teslanın adını və fəaliyyətini ona görə qeyd etdim ki, onun düzəltdiyi Zəlzələ Maşını adı verdiyi xırda cihaz da tezliklə işləmə prinsipinə əsaslanır. Yəni, bu cihaz maddələrin rezonans titrəmə tezliklərini müəyyən edərək ona uygun şəkildə dalğalar göndərir. Rezonans tezliyi maddənin dayana biləcəyi son hədd oldugundan, üstəlik kənardan gələn eyni tezlikli dalğa olarsa, bu dalğalar toplanır və yekun amplitud maksimum həddə çataraq, maddə tab gətirə bilmir və parçalanır. H.A.A.R.P sistemi də buna əsaslanır. İonosferə dalğalar göndərməklə oranı aktivləşdirmək mümkündür. H.A.A.R.P layihəsi sayəsində, ionosferin qızışdırılması yolu ilə aşağı tezlikli dalğalar (ELF) da yaradılmaqdadır. Çünki tezlik nə qədər aşağı olarsa, dalğa uzunlugu (λ) o qədər böyük olar və daha böyük dalğa uzunluğu əldə edilərək göndərilə bilər. Ancaq ionosferin özünü aktivləşdirmək üçün isə oraya yüksək tezlikli dalğalar göndərmək lazımdır. Çünki tezlik nə qədər çox olsa, daşığıdığı enerji miqdarı o qədər çox olar. E=hν  (ν-tezlik) formulu ilə enerjisin hesablamaq mümkündür.

     1981-ci ildə nüvə mühəndisi və Amerikadakı qabaqcıl Tesla araşdırmaçısı Albay Thomas Bearden Amerika Psixantrop Dərnəyində bir konfrans verdi. Öz çıxışının bir bölümündə eyni zamanda 1978-ci ildə "Specula" jurnalında mübahisə mövzusu olan Tesla nəzəriyyəsinin praktik olaraq necə tətbiq oluna biləcəyindən danışdı. Albay əslində H.A.A.R.P-ın necə işlədiyini izah edirdi: "Edə bildiyimiz tək şey tezlikləri dəyişdirməkdir. Əgər tezlikləri bir istiqamətdə dəyişdirsəniz, enerjini dünyanın digər hissəsində hədəflədiyiniz yerin üstündəki atmosferə boşaldacaqsınız. Havanı ionlaşdırmağa başladıqca hava axınlarının istiqamətlərini və başqa prosesləri dəyişdirə biləcəksiniz. Bu mükəmməl bir hava maşınıdır".

     Elm adamı olan Albay Thomas Bearden bunu hardasa əyləncəli hava oyuncağı kimi tanıtmaq istəyirdi. Fəqət bu eyni zamanda 28 iyul 1976-ci il Çinin Tyanşan zəlzələsini xatırladırdı (bu dəhşətli zəlzələdə 600 mindən artıq insan həlak olmuşdur və ən dağıdıcı zəlzələ kimi tarixə düşmüşdür).


     H.A.A.R.P-ın quruluşuna baxaq. Yuxarıda qeyd etdiyim üzrə açılışı - Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı mənasına gələn bu sistemin əsası 1993-cü ildə Alyaskada,  ABŞ-ın Hərbi Hava və Hərbi Dəniz-donanma qüvvələri, Alyaska Universiteti və Ən Yüksək Səviyyəli Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən qoyuldu. 2007-ci ildən bütün gücü ilə işləyən 20 metr uzunluğunda 180 antennadan ibarət bu radiostansiya ionosferə yüksək tezlikli radio dalğalar göndərərək atmosferin tədqiqi ilə məşğul olur. Buna görə də bu layihə rəsmi olaraq elmi-tətqiqat proqramı kimi ictimaiyyətə təqdim olunur. Bu proqramın gerçəkləşməsində 3 Amerika şirkəti - ARCO, Raytheon və E-Sistemləri; önəmli rol oynamış və hələ də oynamaqdadırlar. H.A.A.R.P texnologiyası sayəsində atmosferdə ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) yaradılır ki, və bu hava axınlarının yerdəyişməsinə səbəb olduğu üçün, H.A.A.R.P-ın həm də iqlim silahı kimi istifadə edilməsi iddiaları ortaya çıxır. Bütün bunların hamısı H.A.A.R.P-ı elmi-tədqiqat layihəsi kimi önə sürür. Ancaq H.A.A.R.P-dan həm də hərbi məqsədlər üçün də istifadə etmək mümkündür. ABŞ hərbi qüvvələrinin verdiyi məlumata görə H.A.A.R.P gələcəkdə aşağıdakı hərbi məqsədləri gerçəkləşdirə biləcək:
-Atmosferdəki termonüvə vasitələrinin elektromaqnetik vuruşlarını dəyişdirmək;
-Sualtı gəmilərlə əlaqə yaratmağı asanlaşdırmaq;
-Radar sistemlərini son dərəcə inkişaf etdirmək;
-Çox böyük bir bölgədə, ABŞ ordusu xaricində bütün məlumat ötürən kanalların fəaliyyətini dayandırmaq;
-Emass və Cray kompüterləri ilə ortaq tətqiqatlar aparmaq, torpağın altını çox dərin qatlarına qədər incələmək;
-Geniş ərazilərdə neft, təbii qaz və mineralları axtarıb tapmaq;
-Cruise raketləri kimi hər hansı hücum silahını və  təyyarəni elə havadaca neytrallaşdırmaq (məhv etmək). RBİ məqsədlər üçündə istifadə etmək mümkündür.

     İndisə bu proqrama qarşı olan ABŞ elm adamlarının fikirləri ilə tanış olaq. Bir sıra elm adamları bunun çox təhlükəli bir proqram olduğunu bildirirlər. Çünki onlara görə H.A.A.R.P. gələcəkdə elə bir gücə sahib ola bilər ki, bununla o, dünyanın tam sahibi ola bilər. Proqrama qarşı çıxanlardan biri, ölkənin ən nüfuzlu geofiziklərindən olan prof. J. F. MacDonalda görə bu elektromaqnetik texnologiya aşağıdakılara səbəb ola bilər:
-İqlimi dəyişdirmək;
-Qütbləri əritmək və ya yerindən oynatmaq;
-Ozon təbəqəsinə güclü təsir göstərmək;
-Zəlzələlər yaratmaq;
-Okean dalğalarını idarə etmək;
-Dünyanın enerji mənbələri ilə "oynayaraq" insan beynini nəzarət altına almaq;
-Radiasiya yaymayan termonüvə partlayışı həyata keçirmək.

     Əlavə olaraq qeyd edim ki, istifadə edilən tezlik aralığı 2.8-10 MHz aralığındadır. Çıxış gücü isə rəsmi mənbələrə görə 3.6 GigaVatt hesablanmağına baxmyaraq, 10 GigaVattın üstünə də çıxa biləcəyi hesablanmışdır. Bu enerji dünyadakı ən böyük radioverici ünvanını daşımaqdadır. H.A.A.R.P. mərkəzinin 1 saat boyunca çalışdırılıması vəziyyətində Xiroşimaya atılan atom bombası qədər enerjinin ortaya çıxacağı hesablanmışdır. Düzdür, bütün bunlar bizə fantastik görünə bilər, ancaq elektromaqnit sahəni düzgün istifadə edən Mmhəndislər və elm adamları bu saydıqlarımdan daha çox və fantastik şeylər edə bilərlər.

     Bu qədər Nəzəri şeylərdan danışdıq. Düşünürəm ki sonda kiçik xülasə yaxşı olar.

     H.A.A.R.P, yəni Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı, həm elmi-tədqiqat layihəsidir, həm də günümüzün ən güclü silahlarından biridir. Elmi-tədqiqat olaraq atmosfer, daha doğrusu ionosferi tədqiq edirlər, araşdırırlar. Ancaq bu araşdırmalar təkcə elm naminə edilmir. Bunun arxasında böyük bir güc əldə etmə istəyi var. İonosferi aktivləşdirsək, sonra orada yaranan aşağı tezlikli dalğaları istənilən istiqaməyə yönləndirərək, yuxarıda saydığımız məqsədləri gerçəkləşdirmək mümkündür.

     Elm və texnologiya daima bir-birinə bağlı şəkildə inkişaf edib. İstər silah texnologiyası olsun, istərsə də digər texnologiyalar. Tarix boyu bu texnologiyanı insanlığın xeyrinə istifadə edənlər də olub, əlehinə edənlər də... Görək qarşıda bizi hansı yeniliklər gözləyir.
H.A.A.R.P. - Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı H.A.A.R.P. - Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı Reviewed by Valeh Ferzeliyev on 13:08 Rating: 5

No comments:

Powered by Blogger.