Elementar zərrəciklər haqqında.

Hazırda 350 dən çox mikrozərrəcik müəyyən edilmişdir. bu təsnifat 3 qrupa bölünür :
1. Fotonlar-növünə və xassələrinə görə ayrıca qrup təşkil edirlər.
2. Leptonlar-elektron, elektron neytrinosu, tau-leptonlar,tau-neytrinosu.
3.Adronlar-mezonlar(pi və k mezonlar) , barionlar(proton, neytron və hiperonlar) , mezon və barion mezonları.
Elementar zərrəciklərin ən ümumi xarekteristikaları beşdir: kütlə, spin,yaşama müddəti, elektrik yükü və nüvə proseslərində aktivlik.
1. Kütləsinə görə bütün elementar zərrəciklər iki qrupa bölünür: kütləsi olmayan(m=0) və kütləsi olan zərrəciklər. Kütləsi olmayan bütün zərrəciklər vakumda işıq sürəti ilə yayılırlar. foton, qlüon, qraviton. Kütləyə malik olan ən ağır zərrəcik isə zəif qarşılıqlı təsir kvantı Z(0)-bozunudur.
2. bütün elementar zərrəciklər daxili mexaniki momentə-spinə malikdirlər( bu haqqında ayrıca məlumat verilib)
3. Zərrəciklərin yaşama müddəti geniş intervalda dəyişir. Məsələn sərbəst halda davamlı zərrəcik olan protonun orta yaşama müddəti təqribi 10 üzəri 32 ild olduğu halda rezonans(davamlı olmayan) zərrəciklərin orta yaşama müddəti 10 üzəri-23 san tərtibindədir.
Yaşama müddətindən asılı olaraq elementar zərrəciklər : a) davamlı, b) kvazidavamlı, c) davamlı olmayan(rezonans) zərrəciklərə bölünür.
Kvazidavamlı zərrəciklər elektromaqnit və zəif qarşılıqlı təsir halında parçalanan zərrəciklərdir. onların yaşama müddəti t>10 uzeri -20 saniyedir/ Bu tip zərrəciklər içərisində ən böyük yaşama müddətinə malik olanı sərbəst neytrondur.(t=15 dəqiqə)
Davamlı olmayan zərrəciklər güclü qarşılıqlı təsir nəticəsində parçalanan zərrəciklərdir. Onların yaşama müddəti t=10^-22--10^-24 san intervalindadir/
4. Bütün məlum elementar zərrəciklər tam müsbət, mənfi, sıfır və kəsirli(kvarklar) elektrik yükünə malikdirlər. Foton, neytrino, Z(0)-bozon və pi(0)-mezon elektrik yükünə malik olmayıb elektroneytral zərrəciklərdir.
5.Nüvə prosesindəki aktivliyə görə zərrəciklər iki yerə bölünür:
soyuq və qaynar zərrəciklər.
Soyuq zərrəciklər nisbətən kiçik enerjinin təsiri altında yaranan zərrəciklərdir. Leptonlar soyuq zərrəciklərə aiddirlər.
Qaynar zərrəciklər(adronlar) çox böyük enerjinin təsiri altında yaranan zərrəciklərdir. Adron qrupunun atom nüvəsinin tərkib hissəsi olan barionlar və mezonlar daxildir.

Post a Comment

4 Comments

  1. atomda bildiyimiz zerrecklerden yeni elektron proton ve neytrondan basqa zerrecikler varmi?

    ReplyDelete
    Replies
    1. Ismət Kamilov, atomu təşkil edən zərrəciklər dediyiniz kimi elektronlar, protonlar və neytronlardır. Lakin, proton və neytronlar öz növbəsində kvarklardan ibarətdir.Yuxarıdakı şəkildən də göründüyü kimi, proton uud, neytron isə udd kvark konfiqurasiyasına malikdir. Bundan əlavə, proton və neytronları bir arada tutmaq üçün Güclü qüvvə daşıyıcılarına, yəni qlüonlara, elektronlarda əlaqə üçün fotonlara, bütün zərrəciklərin kütləsinin olması üçün Hiqqs bozonuna, radioaktiv maddələrin parçalanması zamanı W bozonlarına, isbat olunmasa da qravitasiya qüvvəsi üçün qravitonlara ehtiyac duyuluduğundan onları da atomun tərkibində var saymaq olar. Lakin, bu zərrəciklərin çoxu qüvvə daşıyıcıları (bozonlar) olduqlarından tez zamanda digər elementlərə çevrilirlər. Başqa deyişlə, atomun daxili fəzası olduqca dinamikdir.

      Delete
  2. çox təşəkkürlər bu məlumat üçün ♥

    ReplyDelete