Nikola Tesla

7 Yanvar, 1943-çü ildə elektrikin atası Nikola Tesla dünyasını dəyişmişdir. Gəlin Nikola Teslanı daha yaxından tanıyaq. Məqalə uzundur. Amma ümid edirəm bu cür dahi şəxsiyyət üçün ömrünüzdən 15 dəqiqə sərf edəcəksiniz.



Nikola Tesla, 10 iyul 1856-cı ildə Avstriya İmperiyasının Similian kəndində (hal-hazırda Xorvatiya) Serb ailəsində dünyaya gəlib. Onun atası Milutin Tesla Ortodoks keşiş idi. Teslanın anası Duka Tesla Serb epik poemalarını əzbərləmək bacarığına, mexaniki cihazlar və ev işi vasitələri hazırlamaq kimi istedadlara malik idi. Duka heç vaxt rəsmi təhsil almamışdı. Tesla eidetik yaddaşın və kreativ bacarıqların ona anasından keçdiyinə inanırdı.Teslanın ulu-babası Montenoqronun yaxınlığından - qərbi Serbiyadan idi.

1875-ci ildə Tesla Avstriyanın Qras şəhərində hərbi sərhəd təqaüdü zamanı Qras Texnologiya Universitetində təhsil alıb. Birinci il ərzində Tesla bütün mühazirələrdə iştirak edib, mümkün ən yüksək qiymətləri qazanıb və doqquz imtahandan keçib (təxminən tələb olunandan iki dəfə çox). Hətta Teslanın atası texniki fakultənin dekanından təşəkkür məktubu da almışdı. Məktubda qeyd edilirdi:

"Sizin oğlunuz birinci dərəcəli ulduzdur." 

Tesla bəyan edir ki, o bazar günləri və bayramlar istisna olmamaqla, günorta 3-dən axşam 11-ə kimi işləyirdi. 1879-cu ildə atası öldükdən sonra, Tesla atasına professordan olan xəbərdarlıq məktublarını tapdı. Bu xəbərdarlıqda deyilirdi: 

"Nə qədər ki , oğlunuz məktəbdən kənarlaşdırılmayıb, o həddən artıq işləməkdən ölə bilər." 

Universitetin ikinci ilində Tesla Qramm maşınınında kollektorun lazım olmadığını deyəndə bu məsələdə Professor Poesçl ilə mübahisəsi oldu. İkinci ilin sonunda təqaüdü itirdi və qumar oyunlarına aludə oldu. Universitetin üçüncü ilində Tesla təhsil haqqı pulunu və cib xərcliyini qumarda uduzdu. Sonradan o, qumarda ilk uduzduqlarını geri qaytarıb və ailəsinin vəziyyətini nisbətən yaxşılaşdırıb. Tesla deyirdi ki, o bu ehtirasını fəth edə bilib, ancaq sonralar Teslanın ABŞ-da bilyard oynaması məlumdur. İmtahan vaxtı çatanda, Tesla hazırlıqsız idi, ona görə də hazırlaşması üçün möhlət istəyib, ancaq rədd cavabı alıb. O heç vaxt sonuncu semestri uğurla başa vuraraq, universiteti bitirə bilmədi.

1878-ci ilin dekabrında Tesla Qras Universitetini tərk etdi və o universitetdən kənarlaşdırılmaq faktını gizlətmək üçün ailəsi ilə bütün əlaqələri kəsdi. Onun dostları elə fikirləşdi ki, o Mur çayında boğulub.Tesla Maribora (hal-hazırda Sloveniyanın ərazisidir) getdi və ayda 60 florin məbləğində maaşla çertyojçu kimi işləməyə başladı. O boş vaxtlarını küçələrdə yerli insanlarla kart oynamaqla keçirirdi. 1879-cu ilin martında Mulitin Tesla Maribora getdi və oğluna evə dönməsi üçün yalvardı, ancaq Tesla evə dönməkdən imtina etdi. Tesla təxminən həmin vaxtlarda əsəb xəstəliyindən əziyyət çəkirdi.

1881-ci ildə Tesla Budapeşt Telefon Stansiyası teleqraf şirkətində Ferents Puşkaşın başçılığı altında işləmək üçün Budapeştə köçdü. Bura gəldikdən sonra Tesla başa düşdü ki, şirkətin quruluşu operativ deyil  Beləliklə, o, Mərkəzi Teleqraf ofisinin yerinə çertyojçu kimi işlədi. Bir neçə ay müddətində Budapeşt Telefon Stansiyası operativ oldu və Tesla baş elektrik vəzifəsinə təyin edildi. İşlədiyi müddətdə Tesla Mərkəzi Stansiyaya avadanlıqlarının bir çoxunda irəliləyişlər edib və heç vaxt patentləşdirilməyən, nə də açıq şəkildə adlandırılmayan telefon təkrarlayıcısı və ya səsgücləndiricisi vasitələrini təkmilləşdirib.

1882-ci ildə Tesla elektrik avadanlıqlarının təkmillədirilməsi və lahiyələndirilməsi üzrə Fransada Kontinental Edison Şirkətində işləməyə başladı.1884-cü ilin iyununda o Nyu-Yorka yerini dəyişdi və Edison Maşınqayırma Zavodunda işləmək üçün Tomas Edison tərəfindən işə götürüldü. Edison üçün Teslanın işi sadə elektrik mühəndisliyi ilə başladı və tezliklə daha çətin problemlərin həlli səviyyəsinə kimi inkişaf etdi.

Tesla Edison Şirkətinin sabit cərəyan elektrik generatorlarının tamamilə yenidən layihələndirilməsini təklif etdi. 1885-ci ildə o dedi ki, Edisonun səmərəsiz motor və generatorlarını həm iş, həm də iqtisadi cəhətdən təkmilləşdirərək, yenidən layihəsini verə bilər. Teslanın sözlərinə görə Edison qeyd edib ki, "əgər sən bunu edə bilsən, sənə əlli min dollar verəcəm".Bu Edisondan qəribə bəyanat kimi qeyd edilmişdir belə ki, Edisonun şirkətinin bu qədər pulu nağd ödəyəcək qədər imkanı yox idi. Aylarla işləyəndən sonra, Tesla tapşırığı tamamilə yerinə yetirdi və ödəniş ilə maraqlandı. Edison dedi ki, o yalnız zarafat edib və sonra cavab verdi: 

"Tesla, siz bizim Amerika yumorunu başa düşmürsüz" 

Bunun əvəzinə Edison həftəlik maaşını 10$ dollardan 18$ dollara qədər artırmağı Teslaya təklif edib. Tesla bu təklifdən imtina edir və vəzifəsini tərk edir.

Teslanın predmentlərindən biri 1887-ci ildə laboratoriyada hazırlanmış, uzun məsafəyə yüksək gərginliklə ötürmədəki üstünlüklərinə görə ABŞ və Avropada tikilməsinə başlanan enerji sistemi nümunəsi - dəyişən cərəyanla işləyən asinxrom maşın idi. Mühərrikin dönməsi üçün maşın fırlanan maqnit sahəsi hasil edən üçfazlı cərəyan istifadə edirdi (Tesla prinsipcə 1882-ci ildən düşündüyünü irəli sürmüşdü). Beləliklə, qığılcımların olmaması, daima işinin yüksək səviyyədə saxlanması və mexaniki fırçaların əvəzlənməsi kimi üstünlükləri ilə yanaşı, kollektora ehtiyac olmadan öz-özünə işə başlayan kimi layihələndirilən bu innovativ elektrik mühərriki 1888-ci ilin mayında patentləşdirildi.

1888-ci ildə Elektrik Dünyası jurnalının (ing. Electrical World magazine) redaktoru Tomas Commerford Martin (dostu və publisist) Amerika Elektrik Mühəndisləri İnstitutunda (indi İEEE) dəyişən cərəyan sisteminin, o cümlədən də asinxron maşının nümayişini Tesla üçün təşkil etdi. Westinghouse Electric & Manufacturing Company üçün işləyən mühəndislər Teslanın real dəyişən cərəyan mühərriki və bununla bağlı elektrik enerjisi sisteminin olmasını Corc Vestinqauza xəbər verdilər. Vestinqauz İtalyan fiziki Qalileo Ferraris tərəfindən 1888-ci ilin martında göstərilmiş asinxron maşın əsasında oxşar kollektorsuz fırlanan maqnit sahəsində patentin alınmasına baxdı, ancaq qərara gəldi ki, Teslanın patenti çox güman ki, satış bazarına nəzarət edəcək. 

Teslanın dəyişən cərəyan üzərində işləri Cərəyanlar müharibəsi adlanan müharibənin əsasını qoydu. Buna kimi elektrik standartları üzərində mübarizə Tomas Edison və Corc Vestinqauz arasında gedirdi.Vestinqauz şirkəti digərləri ilə birlikdə Teslanın patentlərini əldə etdi və işləyib hazırladı. Bu Vestinqauza Tomas Edisonun sabit cərəyan sistemi ilə rəqabət apara biləcək dəyişən cərəyan sistemini hazırlamağa imkan yaratdı.

1893-cü ildə Corc Vestinqauz Çikaqoda Ümumdünya sərgisində Edisonun sərgidə sabit cərəyanla elektrikləşdirmə təklifini qabaqlayaraq, dəyişən cərəyanla elektrikləşdirmə təklifi ilə qalib gəldi. Bu Dünya Sərgisi elektrik eksponantlarının nümayişinə həsr olunmuşdu. Bu dəyişən cərəyan enerjisinin tarixində mühüm bir hadisə idi, çünki Vestinqauz Amerika ictimaiyyəti üçün dəyişən cərəyanın təhlükəsiz, etibarlı və səmərəli nümayişini göstərmişdi. Sərgidə Tesla məftilsiz qaz boşalma lampasını yandırmaq üçün yüksək gərginlikli, yüksək tezlikli cərəyanın istifadəsi daxil olan əvvəl Avropa və Amerikanın hər yerində həyata keçirilməsi nəzərdə tutulmuş elektrik təsirinin bir sıra nümayişlərini göstərmişdi.Müşahidəçi qeyd etdi:

"Otaqda qalay folqa ilə örtülmüş iki sərt rezinli lövhə asıldı. Bunlar əsas naqillərin terminalı vəzifəsinə yerinə yetirib və trasformatordan təxminən 4.5 metr aralı idi. Cərəyan verilən zaman, lampalar işıqlanırdı. Lampalar arasında heç bir naqil əlaqəsi yox idi, ancaq asılmış lövhələr arasında masanın üstünə qoyulmuşdu (və ya demək olar ki, otağın istənilən hissəsində əldə saxlana bilərdi). Bunlar təxminən iki il əvvəl Londonda Tesla tərəfindən nümayiş olunan eyni qurğular və eyni təcrübələr idi"

Tesla həmçinin Kolumb yumurtası kimi adlanan qurğudan istifadə etməklə, necə mis yumurtanın dimdik dayanmasını nümayiş etdirərək, asinxron maşın və fırlanan maqnit sahəsinin prinsiplərini izah etdi.

1894-сü ildən başlayaraq, Tesla əvvəlki təcrübələrdə öz laboratoriyasında zədələnmiş fotoplyonka gördükdən sonra, "görünməyən" növlü şüalanma enerjisi üzərində tədqiqlərə başladı (daha sonralar Rentgen şüaları kimi müəyyənləşdirildi). Onun ilk təcrübələri soyuq katodlu elektrik yüklənnə borusu və Crokes borusu ilə olub. Bir müddət sonra Teslanın ilk elmi tədqiqatlarının böyük qismi - yüzlərlə ixtira modelləri, planlar, qeydlər, laboratoriya məlumatları, alətlər, fotoşəkillər, $ 50,000 məbləğində pul 1895-ci ilin martında 5-ci Avenyu laboratoriyasında yanaraq məhv oldu. The New York Times qəzetinə müsahibəsində Tesla deyir: 

“Mən həddindən artıq məyusam. Mən nə deyə bilərəm?”

Tesla qaz boşalma borusunun daha öncəki növlərindən olan Geissler borusu ilə Mark Tvenin işıqlandırılmış fotoşəklini almağa cəhd edən zaman təsadüfən rentgen təsvirlərini almışdı (1895-ci ilin dekabrında Vilhelm Rentgenin bir neçə həftəyə rentgen şüalarının kəşfi xəbərini verməzdən əvvəl). Təsvirdə alınmış bircə şey kamera fotoobyektivində bağlanmış metal vitn idi.

1901-ci il iyulun 2-sində Rentgen Teslaya məktub yazır. Məktubda deyilir:

" Əziz Cənab! Siz qəribə dərəcələrdən gözəl fotoşəkillərlə məni olduqca təəccübləndirmisiniz. Mən bunun üçün sizə çox böyük təşəkkürümü bildirirəm. Kaş ki mən bilərdim ki, siz belə şeyləri necə edirsiniz! Xüsusi hörmət ifadəsi ilə mən sizə sadiq yanaşıram, V. K. Rentgen." 

(Tesla Muzeyinin izni ilə, Belqrad, Serbiya; sənəd no. MNT, CXLIV, 152.)


17 may 1899-cu ildə Kolorado Sprinqsə köçdü və tezliklə burda onun yüksək tezlikli və yüksək gərginlikli təcrübələri aparmaq üçün otağı oldu. Onun lobarotoriyası Foot Avenyu və Kirova küçələrinin yaxınlığında yerləşirdi. Onun lobarotoriyasını bu yerdə seçməsinə səbəb bütün enrjiyə olan təlabatını təmin edəcək köməkçi birləşmələrin burada olaması idi. O, üçfazlı dəyişən cərəyan enerji paylaşdırıcı sistemini burada təqdim etmişdi. Məruzələrində birdirib ki, o bura gəldikdən sonra Payks Pikdən Parisə siqnalların ötürülməsi , simsiz teleqrafiya eksperimentlərini aparır. Kalorado Sprinqs Qeydləri 1899-1900 (ing. Colorado Springs Notes, 1899–1900) kitabında Nikola Teslanın buradakı təcrübələri təsvir olunur.
1899-cu il 15 iyunda Tesla öz Kolorado Sprinqs lobarotoriyasında birinci təcrübələrini apardı. O beş düymə uzunluğunda ilk qığılcımları qeydə aldı, ancaq onlar çox xırıltılı və səs-küylü idi.

Tesla öz qəbulediciləri vasitəsilə ildırım siqnallarını müşahidə edərək, atmosfer elektrik enerjisini tədqiq etmişdir. Tesla bəyan edib ki, bu müddət ərzində o stasionar dalğaları müşahidə edib.
Tesla süni ildırım yaratdı (135 fut uzunluğuna qədər və milyonlarla voltdan ibarət boşalmalar ilə) Buraxılmış enerjiyə əsasən, şimşək Kripple Krikdən 15 mil aralıda eşidildi. Küçə boyu gəzişən insanlar torpaq və ayaqları arasında atılan qığılcımları müşahidə etdilər. Qığılcımlar toxunan zaman su xətti kranlarından sıçradı. Elektrik lampaları lobarotoriyanın 100 fut məsafəsində işıldayandan sonra söndü. Sabit geyimdə atların metal ayaqlarının (nallar) içərisindən təkanlar keçəndən sonra parterdən qorxub qaçmağa başladılar. Kəpənəklər qanaqlarının ətrafında Müqəddəs Elmo atəşinin mavi şəfəqli dairələri üzrə burulğanlaşma ilə elektikləşdirdi.

Tesla 86 yaşında 7 yanvar 1943-cü ildə Nyu Yorker Otelinin 3327-ci otağında vəfat etdi. İki gün əvvəl Tesla qapıya əhəmiyyət verməyərək "narahat etməyin" nişanı qoymuşdu. Onun meyiti sonradan Teslanın otağına daxil olarkən qulluqçu Alisa Monaxan tərəfindən tapılıb. Tibbi ekspert köməkçisi H.W. Wembly Teslanın bədəninə baxdıqdan sonra qərar çıxarıb ki, ölümə səbəb koronar tromboz olub. Teslanın meyiti Medisonda Frank E. Kempbel Dəfn Evinə yerləşdirilib. Teslanın köhnə dostu və tərəfdaşı Huqo Qernsbeq ölüm maskasının yaradılması üçün heykəltəraşa tapşırıq vermişdi. Həmin maska bu gün Nikola Tesla Muzeyində nümayiş olunur.

Tesla ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri nəzərə alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən azı 278 patenti var.Teslanın patentlərinin çoxu ABŞ, Britaniya və Kanadadadır, ancaq bir çox digər patentləri bütün dünyada ölkələrində təsdiqlənib. Tesla tərəfindən kəşf olunmuş bir çox ixtiraya patent himayəsi qoyulmayıb.

Teslanın şərəfinə adlandırılıb:
  • 1956-ci ildə təsis edilmiş Tesla Cəmiyyəti
  • Tesla, ayın görünməyən tərəfində 26 kilometr enliyində krater
  • 2244 Tesla, kiçik planet
  • Tesla (ölçü vahidi), maqnit indujsiyasının Beynəlxalq Sistemlərdə törəmə vahidi
  • TPP Nikola Tesla, Serbiyada ən böyük elektrik stansiyası
  • Tesla (şirkət), keçmiş Çexoslovakiyada elektrotexniki konqlomerat
  • Tesla Motors, elektrik maşın şirkəti
  • Nikola Tesla Belqrad Hava Limanı
  • Nikola Tesla Mükafatı
  • Nikola Tesla Muzey Arxivi, Belqrad
  • 10 iyul, Xorvatiyada Nikola Tesla günü
2008-ci ildə Xorvatiyada Nikola Teslanın şərəfinə ümumilikdə 128 küçə adlandırılmışdı.


Post a Comment

0 Comments