Kvant Fizikasını Necə Öyrənməli?



Bu dəfə ki, yazıda hər hansısa Kvant Fizikasına aid olan sahədən, kvant texnologiyasından, zərrəciklərdən, tənliklərdən deyil, təmamilə başqa mövzu olan Kvant Fizikasını necə öyrənməli mövsuna toxunacam. 

Kvant fizikası dedikdə, hamıda bir təşviş, qorxu, bir çoxlarında isə həyəcan yaranır. Bu təbii haldır. Çünki kvant fizikası ortaya çıxdığı andan bu ana qədər öz mükəmməliyini qoruyub saxlamışd və daha da təkmilləşərək bütün testlərdən uğurla çıxmışdır. Ancaq insanlarda qorxu oyandıran tərəfi isə, qarışıq və çətin görsənən riyazi düsturlardır. İnsanlar bu tənlikləri görəndə istər-istəməz təşvişə düşərək kvant fizikasından soyuyurlar. Ancaq məsələyə heç də elə yanaşmaq lazım deyil. Kvant fizikası əsrlər boyu inkişaf edərək, həm fəlsəfədə öz yerini tutub, həm də psixologiya da. Kvant düşüncə texnikası, Kvant fəlsəfəsi də kvant fizikası qədər özünü doğrultmuşdur. 

İndi isə gələk Kvant Fizikasını öyrənməyin yollarına. İlk əvvəl seçmək lazımdır kvant fizikasının hansı tərəfini öyrənəcəksən. Konkret kvant mexanikası, riyazi formullarla sırf kvant fizikasının özünü, yoxsa sadəcə nəzəriyyələri və onun fəlsəfəsinimi?! 
Əgər kvant mexanikası və ya kvant fizikasını dərindən öyrənmək istəyirsinizdə ilk öncə bu sahəni sevməlisiniz! Çünki, bir çox insan bu sahəyə başlayıb və yarıda qoyub. Daha sonra isə xəyal gücünüz yaxşı olmalıdır ki, hadisələri təsəvvür edə biləsiz. Bunlardan əlavə isə, riyazi qabiliyyətiniz yaxşı olmalıdır. Yəni inteqralı, differensial tənlikləri, törəməni, matrisləri normal şəkildə bilməyiniz lazımdır. Bunları bilməsəniz formulları sərbəst şəkildə çıxarmaq sizə mümkünsüz görsənəcək. Ancaq normal və ya biraz daha yaxşı riyazi biliyə maliksinizsə, o biliyi fizika ilə birləşdirib kvant fizikasının möhtəşəmliyindən zövq ala bilərsiniz. Əgər zəifdirsə biliyiniz , onda onu daha da yaxşıya doğru təkmilləşdirin! Bu sizə ümumi mənada çox kömək olacaq. Daha sonra isə o bilikləri kvant formullarına tətbiq edərək, sadədən başlayaraq , addım-addım işə başlayın. Sadə formulları öyrənin, qavrayın, çıxarmağa çalışın. Bir müddət sonra artıq özünüz də hiss edəcəksiniz ki, böyük yol qət etmisiz. İşin püf nöqtəsi isə səliqəli və nizamlı çalışmaqdır. Mövzulari bir-birinə qatmadan ard-arda çalışsaz çox gözəl nəticələr əldə edərsiniz. Bunu da qeyd edim ki, səhifədə bir çox kvant formullarının çıxarılışı var. Ancaq işin kökündə sevgimaraq olmalıdır. Qorxu sadəcə sizi geri salır. Özünüzə inanaraq addımlayın.

Yuxarıda qeyd etdiyim ikinci sahə isə kvant nəzəriyyələri, fəlsəfəsi və ya psixologiyasıdır. Bu artıq sizin seçiminizdir. Burda isə formullara gərək yoxdur deyə riyazi biliklər elə də əsas rol oynamır. Burda əsas rolu düşünmə qabiliyyətiniz oynayır və bununla yanaşı xəyal gücünüz. Oxudugunuz mövzunu, fikri özünüzdə sorğu-sual edərək qavraya bilərsiz. Ancaq oxuyub fikir olsun deyə üzərindən keçsəz sadəcə o mövzu haqqında bilginiz olar, düşüncəniz vəya fikriniz yox. Kvant isə insanları düşünməyə səsləyir.

Ümumi olaraq belə nəticəyə gələ bilərik ki, kvant fizikasını, kvant fəlsəfəsini və kvant psixologiyasını öyrənmək üçün ilk lazım olan sevgi, xəyal gücü və böyük maraqdır. Zamanla digər sadaladığım şeylər yerinə otura bilər.

Sizin hər birinizə bu yolda bol-bol uğurlar.


Sadig Şamilov.

Post a Comment

4 Comments

  1. bu barede mesehet gorduyunuz kitab varmi?

    ReplyDelete
  2. kitab ingiliscede olsa olar
    teshekkurler

    ReplyDelete
    Replies
    1. Riyaziyyat öyrənmək üçün bir çox kitablara üz tuta bilərsiniz. Qısa və effektiv olması üçün "Schaum's Outlines" seriyasını işlədə bilərsiniz (bir çox nəşrlər pdf halında internetdə mövcuddur). Öyrənməli olduğunuz mövzular, asandan çətinə doğru:
      - Cəbr (üstlü qüvvət, loqarifm, triqonometriya, funksiyalar və qrafiklər, tənliklər, ehtimal nəzəriyyəsinə giriş, bütöv orta məktəb kursu)
      - Riyazi analiz (riyazi induksiya, cəmləmə, vurma, silsilələr, törəmə, differensiallar, inteqral, inteqralın tətbiqləri, funksiyaların real və komplex analizi, Furye analizi,Stoks teoremi)
      - Xətti cəbr (vektorlar, sahələr, matrislər, fəzalar)
      - Abstrakt cəbr (fəzalar - davamı, manifold anlayışı, tensorlar, qrup nəzəriyyəsi, halqalar, topologiya)

      Bu riyazi bilikləri fizika oxuyaraq da davam edə bilərsiniz. Hətta aşağıda adını çəkəcəyim bir neçə kitab birbaşa fizika üçün riyaziyyat öyrənməyə imkan verir. Bununla yanaşı, fizika da öyrənməlisiniz. Hansı kitabı seçəcəyiniz sizə qalıb. Qısa yol üçün yenə "Schaum's Outline" seçə bilərsiniz. Daha təkmilləşdirilmiş kitablar aşağıdakılardır:

      - "Tensors and Group Theory for physicists"
      - "Introduction to Quantum Mechanics" David J. Griffiths
      - Gasiorowicz, Stephen. Quantum Physics. John Wiley & Sons, 2003. ISBN: 9780471429456
      - Shankar, Ramamurti. Principles of Quantum Mechanics. Springer, 2008. ISBN: 9780306447907
      - Eisberg, Robert M., and Robert Resnick. Quantum Physics of Atoms, Molecules, Solids, Nuclei, and Particles. Wiley, 1985. ISBN: 9780471873730.


      daha qəliz riyazi bölmələri axıra saxlamağınız məsləhətdir. MIT-nin leksiyaları var Youtubeda. Bütün bunları oxumağınız ən az 3 il çəkər. Ümumiyyətlə, tələbələr MITdə 4 il bakalavr, 2 il magistr və daha sonra PhD oxuyaraq kvant fizikasına güclə hakim olurlar. Yəni, tez bir müddətə öyrənməyi arzulamayın. Aşağıda isə hər kəs üçün nəzərdə tutulmuş kitablar var:

      - Quantum Physics: A Beginner's Guide by Alastair Ray
      - Quantum: A Guide for the Perplexed by Dr. Jim Al-Khalili
      - Quantum Physics For Dummies by Steven Holzner
      - How to Teach Quantum Physics to Your Dog by Chad Orzel
      - 101 Quantum Questions: What you Need to Know About the World You Can’t See by Kenneth Ford
      - Quantum Mechanics Demystified: A Self Teaching Guide by David McMahon

      Başlanğıc səviyyəsinə gəldikdən sonra bütün kitabların eyni şeyləri yazdığını görəcəksiniz. Buna görə də birini seçməyiniz daha məqsədə uyğundur

      Delete
  3. Kvant fəlsəfəsi və psixologiyası ilə bağlı önərə biləcəyəniz kitab varmıı

    ReplyDelete