Ceyms Klerk Maksvell - Həyatı

James Clerk Maxwell Kimdir? 



Ceyms Klerk Maksvell (James Clerk Maxwell), 13 iyun 1831-ci ildə Edinburqda bugün International Centre for Mathematical Sciences-ın olduğu, India Street 14 nömrəli otaqda doğuldu. Maksvellin atası Con Klerk Maksvell elmi istedadlı, əsl ixtisası hüquqşünas olan mülkədar idi. Ancaq hüquqdan daha çox elm və texnologiya ilə maraqlanırdı. 39 yaşında Royal Society of Edinburghun müdavimi olan Con Keyin 34 yaşlı qızı Frances ilə evləndi. Ceyms ailənin tək və Helmholtz kimi kövrək, maraqlı bir istedada və düşüncəyə sahib fərqli uşağı idi. O, 8 yaşına gələndə bir neçə il müəllimlərdən xüsusi dərslər aldı. Daha sonralar təhsilini Edinburq Akademiyasında davam etdirdi. Riyaziyyat və İngilis dili dərslərini birinciliklə bitirdi. Akademiyanı btirdikdən sonra yetərli yaşa gəldikdə, atası onu Royal Society of Edinburghdakı dərslərə götürməyə başladı. Akademiyada keçirdiyi 6 ildən sonra təbiət fəlsəfəsi və riyaziyyat dərslərinə girdiyi University of Edinburgha daxil oldu. En çox Sir Uilyam Flamiltonun məntiq dərslərindən təsirlənmişdi.  Edinburqda keçirdiyi 3 ildən sonra hər nə qədər atası narahat olsa da, Kembricə getdi. 
Cavan Maksvell

Maksvell özündən bir neçə il öncə gələn  Tomsonun izindən gedərək Peterhousedan qəbul aldı. Ancaq onun getdiyi il Peterhouseda bir çox istedadlı tələbələr olduğu üçün məzun olduqdan sonra müəllim kimi qalma şansının az olduğunu söyləyərək, Ceymsi Trinitiyə getməsi məsləhət görüldü. O, belə də etdi, Trinitiyə gəldi. Burada Cayley, Stokes və digər bir çox tanınmış elm adamlarının əfsanəvi təlimçisi Hopkins tərəfindən çalışdırıldı. Dostu Tait, Maxwellin ölümündən sonra qələmə aldığı anma yazısında 
1850 payızında bu qədər gənc biri üçün mükəmməl bilgi ilə Cambridge-ə gəldi. Ancaq dağınıqlılığı, Sistemli Özəl Təlimçisini belə dəhşətə saldı. Təlimçisi Hopkins olsa da tələbə böyük ölçüdə öz yolunu cızdı. İndiyə qədər heç bir Cambridge Riyaziyyat Fakultə Birincisi , Bitirmə(Semestr) imtahanlarına Maxvell qədər axsaq təlimlə girib, bu qədər “Qazançlı” çıxmamışdı
şəklində ifadələrə yer vermişdir. 

Hopkins, Maksvelli bu cür təsvir etmişdi:

İndiyə qədər yaşadığım çoxsaylı təcrübələr daxilində belə mükəmməl adamla qarşılaşmamışam. Maxwell'in fizika mövzusunda yanlış düşünməsi hardasa mümkünsüz görsənirdi
Bitirmə(Semestr) imtahanlarının cavabı açıqlandığında Eduard Routhdan sonra ikinci oldu. Daha sonra Smith Ödül mükafatı üçün girdikləri imtahanda ikisidə birinci oldu. Bir dahi olduğu qəbul edilmişdi.



Maksvellin heykəli


Maksvell 1.70 sm boyunda, güclü və atletik vücuda sahib birisi idi. Qara gözləri, qapqara saçları vardı, bığlı və açıq tənli biri idi. Gülər üzlü, səbrli və səmimi birisi idi. Ədəbiyyat bilgisi olduqca yaxşı idi. Çox sürətli oxuya bilirdi və çox güçlü yaddaşa malik idi.


Maksvell, Trinitidəki universitet müəllimiyi vəzifəsindən çıxaraq Aberdeenə təbiət fəlsəfəsi üzər dərs demək üçün getmişdi. Ancaq hələ də imtahanında birinci olduğu Adams Mükafatı üçün yarışa bilərdi. Bir il zaman dilimində, Saturn planetinin ətrafındakı halqaların quruluşu ilə əlaqəli suallara cavab verə bilən yeganə insan idi. Saturn halqalarının kəsilməz deyil də, parçalardan ibarət olduğunu göstərdi. Kraliyyət Astronomu Airy, Maksvellin məqaləsini ”Son illərdə ortaya qoyulmuş ən yaxşı iki mexaniki Astronomiyaya aid məqalələrdən biri” kimi dəyərləndirmişdir.
Katherine və Maksvell

University of Aberdeen iki kollecdən ibarət idi. Bunlardan biri Marischal College idi. Onun müdiri Devar zaman-zaman Maksvelli evinə dəvət edirdi. Maksvell bu dəvətlərdən birində Devarın özündən 7 yaş böyük olan qızı Katherine ilə tanış oldu və 1858-ci ilin iyun ayında evləndilər. Katherine Maxwellin tələbələri və dostların arasında çox sevilmirdi və Maksvelli çox qısqandığı üçün Maksvell zaman-zaman dostlarının dəvətlərini qəbul edə bilmirdi. Nə də dostlarını öz evinə dəvət edə bilmirdi.


Elm sahəsində işlərinə görə Londonda keçirdiyi illər, Maksvell üçün daha məhsuldar oldu. Ən böyük uğuru isə fəza-zaman qanunlarını elektromaqnit sahə üçün tam tənlik halında ifadə etməsiydi. Ortaya qoyduğu Differensial Tənliklər sahələrin polyarlaşmış dalğalar şəklində, işıq sürətilə yayılması idi. Elektromaqnit sahə üzrə çalışmalarının yanında əlavə olaraq  Özlü Qazların Mexanikası üzərində də işləyirdi.  Özlü Qazların Mexanikasını həm nəzəri, həm də təcrübi tərəfdən araşdırmalar elədi, rəngli görmə üzərində də çalışmalar etdi və dünyadaki ilk rəngli fotonu çəkdi.

İlk rəngi dağılmayan fotoşəkil, Maksvell, 1861

King's College illərində Maksvell digər elm adamlarını, özəlliklə də Faradayı tanıdı. Maksvell Kembricdə ikən Faradayla məktublaşmağa başlamışdı, ancaq indi şəxsi olaraq da görüşə bilirdilər və Faradayın Royal Institutionda verdiyi  məhşur cümə gecəsi mühazirələrinə də qatılırdı. Bir mühazirə sonrası Maksvellin çölə çıxmağa çalışan insanlar arasında sıxılıb qaldığını görən Faraday, bu vəziyyəti qaz molekullarına bənzədib Maksvellə belə demişdi: 
“ Hey Maksvell, çıxa bilmədin bu sıxlıq arasından çölə. Bu sıxlıqdan çıxa bilmənin yolunu tapacaq olan tək insan varsa, o da sənsən”
Maksvell 1873-cü ildə A Treatise on Electricity and Magnetism (Elektrik və Maqnetizm üzərinə incələmə) adlı əsərini yayınladı və bu əsərdə özünün bütün elmi fikirlərini bir araya gətirdi.

İllər ötdükcə Maksvellin mühafizəkar xarekteri daha da oturmuşdu. Elmi populyar etmək istəsə də, dərs demə tərzi yaxşı deyildi. Mühazirələrini 2,3 və ya maksimum 7 nəfər dinləyərdi. Hər zaman elm tarixinə böyük marağı olmuşdu və dinamika tarixin yazmaq istəyirdi.

Qalileo Nyuton zamanından bəri dinamik fikirlərin yaranmasında və dilində önəmli dəyişikliklər etmişdi. Ancaq son zamanlarda maşınların önəminin artmasının nəticəsində güc, enerji və qüvvə haqqında fikirlər tam olaraq bir-birindən ayrıldı. Elm adamları arasında çox az adam bu ayrımı müşahidə edə bilirdi.  Maksvell bunlarla məşğul olmaq yerinə Kavendişin yazılarını yayınlamağa çalışırdı. Maksvell zamanın bir qismini xəstə həyat yoldaşına baxaraq keçirirdi. 3 həftə boyunca gündüzlər dərs deyib və laboratoriyada çalışdıqdan sonra, gecələri də  xəstə həyat yoldaşının başında sabahlayaraq keçirirdi. Kavendişin yazılarını da elə həyat yoldaşının keşiyini çəkərkən, şam işığında yenidən yazdı, nizama saldı.

Ümumi Yığılmış 101 əsərindən 58-i Kembricdə keçirdiyi zaman içində nəşr olundu. Bunlardan 12-si kitablara rəy, 6-sı verdiyi dərslər8-i Encyclopaedia Britannica üçün yazdığı məqalələr, 9-u dəyərləndirmə yazısı və 21 qısa (amma önəmli) qeydlərdir.

Maksvell 1878-ci ildə Qazların Nəzəriyyəsi üzərinə yazdığı 2 güclü elmi məqalə ilə bütün gücünü göstərəcəkdi.

1879-cu ildən artıq əvvəlki enerjisi qalmadığını hiss etdi və əvvəllər yaşadığı yerə, Glenlairə yerləşdi. Əvvəllər sağlığı normal idi, ancaq sonralar pisləşdi. Sadəcə 1 ya da  2 ayının qaldığını bilirdi.

Həyatınn ən gözəl dönəmini yaşarkən, 5 Noyabr 1879-cu ildə anası kimi qarın xərçəngindən dünyasını dəyişdi. Geridə heç bir miras buraxmadı və Glenlair yaxınlığındakı ailəsinin və digər yaxınlarının dəfn edildiyi məzarlıqda dəfn edildi.

Yazı sonunda Maksvellin fizika üzrə gördüyü işləri ümumiləşdirməyin daha da yaxşı anlamanıza yardımcı olacağını düşündüm.

Ən əhəmiyyətli uğuru, Klassik Elektromaqnit Nəzəriyyəni yaratmaqdır ki, bu nəzəriyyə ilə bir-birlərindən uzaq görsənən iki anlayışı - Elektrik və Maqnit sahələrinin əslində eyni şey olduğu isbatlamışdır(4 tənlik ilə). Bu tənliklər, Elektrik, Maqnit və optika sahələrində istifadə edilir.

Maksvell büstünün önünə həkk olunmuş Maksvell tənlikləri

Maksvellin bu uğuru “fizikada ikinci ən böyük birləşdirmə olaraq“ adlandırılır. Birincini Nyuton etmişdi.

Bununla yanaşı, qazların kinetik nəzəriyyəsinin statik olaraq paylanmasını açıqlayan Maxwell paylanmasını ortaya qoymuşdur.

Bu iki böyük kəşfi, müasir fizikada yeni bir çağın başlamasına səbəb olmuşdu: Xüsusi Nisbilik Nəzəriyyəsi ilə Kvant Mexanikası kimi nəhəng nəzəriyyələrin yaranmasına təkan vermişdir.

Maksvell həm də 1861-ci ildə ilk rəngli fotoaparat cihazını kəşf edən insan kimidə tarixdə qalmışdır.

Bir çox fizik tərəfindən 19-cu əsrdə yaşayıb, 20-ci əsr fizikasına yardımda rol oynayan şəxs kimi görülür. 1931-ci ildə A.Eynşteyn, Maksvellin doğum günündə, onun çalışmalarını “Nyutondan sonra fizikada ən verimli və ən önəmli çalışma” kimi adlandırmışdır.

Və son olaraq, A.Eynşteyn  J.C.Maksvell üçün bu sözləri demişdir:
"Sahə Nəzəriyyəsinin önəmini tam mənası ilə qavrayan insan Maxvell idi. Elektrodimanika qanunlarının gerçək ifadəsini Elektromaqnit sahələr üçün keçərli olan Diferensiyal Tənliklərdə tapdığını söyləyən təməl xüsusiyyətli bir kəşfə imza atdı. Onun bu kəşfi, fizikada bir birlik tapmağa yönəlik böyük cəhdin, ən böyük uğuruna, İşığın Elektromaqnit teorisinə yol açdı."


Müəllif: Sadiq Şamilov


Post a Comment

0 Comments