Eynşteyn Dünyanı necə dəyişdirdi?


Kolumbiya Universitetində riyaziyyat və fizika üzrə professor Brian Greene, “Scientific American” jurnalındakı yazısından:

Albert Eynşteynə görə, yalnız iki şey sonsuz ola bilər: kainat və insanların axmaqlığı. Və o, sadəcə kainatdan əmin olmadığını etiraf etdi.

Bunu eşitdiyimizdə gülümsəyər və öz üstümüzə götürmərik. Bunun səbəbi isə Eynşteynin adının yumşaq qəlbli və baba ruhlu bir rəsmi canlandırmasından qaynaqlanır. Eynşteyn adında, velosiped sürən, dilini çölə çıxaran və bizə təsir edici gözlər ilə baxan, pırtlaşıq saçlı bir dahi görürük.

Eynşteynin elm cəmiyyətində tanınması 1905-ci ildə başladı. İsveçrənin Bern şəhərində bir patent ofisində həftənin 6 günü 8 saat çalışdığı əsnada, boş zamanlarda yazdığı 4 məqalə fizika dərslərini başdan sona dəyişdirdi. Eyni ilin mart ayında əvvəllər dalğa olaraq qəbul edilən işığın əslində foton adlı zərrəciklərdən ibarət olduğunun tərəfini çıxdı. Bu müşahidə Kvant Mexanikasının yaranmasına vəsilə oldu. İki ay sonra, May ayında, Eynşteyn hesablamaları atomik hipotezi test edə biləcək təxminlərdə rol oynadı. Daha sonra təcrübi olaraq dəqiq bir şəkildə maddənin atomlardan yarandığı isbat edildi. İyun ayında Xüsusi Nisbilik Nəzəriyyəsini bitirdi. Beləcə, fəza və zamanın daha öncə heç kimin təxmin etmədiyi bir şəkildə davrandığını ortaya qoydu. Qısaca desək, məsafələrin, sürətin və zamanın müşahidəçiyə bağlı olduğunu ortaya qoydu.  Son olaraq isə 1905-ci ilin Sentyabr ayıda Xüsusi Nisbilik Nəzəriyyəsinin nəticəsi olan və dünyanın ən məşhur düsturu halına gələn E = mc2 düsturunu əldə etdi.

Elm ümumi olaraq addım-addım irəliləyir. Nadirən elmi həyəcan kimi düşünülən böyük kəşflər müşahidə edilir. Fəqət Eynşteyn bir ildə 4 dəfə bu həyəcanı elm cəmiyyətinə yaşatmağı bacardı. Bu nəticələrin ardından araşdırmaçılar Eynşteynin çalışmalarının gerçəyi anlama ilə bağlı fundamental daşları dəyişdirəcəyinin fərqinə vardılar. Ancaq toplum hələ Eynşteynin fərqində deyildi.

Bu 1919-cu ilin Noyabr ayında dəyişdi.


Xüsusi Nisbilik Nəzəriyyəsində Eynşteyn heç bir şeyin işıq sürətində daha sürətli hərəkət edə bilməcəyini ortaya qoydu. Bu nəticə onun Nyutonun  cazibə qüvvəsi nəzəriyyəsini yenidən yazması üçün bir təkan oldu. Eynşteyn bir neçə yüz il yaşında olan qanunları başdan yazmağa çalışdı. Bundan xəbərdar olan Maks Plank, “Köhnə bir dostun olaraq sənə tövsiyyə etməyim lazımdır. Bacarmayaqsan və bacarsan belə heç kim sənə inanmayacaq” dedi.

Nəhayət ki, Eynşteyn 1915-ci ildə Ümumi Nisbilik Nəzəriyyəsini bütün dünyaya nümayiş etdirdi. Bu nəzəriyyədə ilk dəfə olaraq cazibə qüvvəsi yeni bir şəkildə ələ alındı. Ümumi Nisbilik Nəzəriyyəsi cazibə qüvvəsini, dünyanın əlinizdə tutduğunuz bir fincanı özünə doğru aşağı çəkməsi yerinə, planetlərin özlərini çevrələyən mühiti çökdürüb və fincanın yerə düşəcək şəkildə yaranan fəza-zaman dəliyinindən aşağı doğru sürüşəcək formada təsvir edir. Eynşteyn cazibə qüvvəsinin kainatın formasından ortaya çıxdığını vurğuladı.

1919-cu ilin Noyabr ayında Eynşteyn Ümumi Nisbilik Nəzəriyyəsini bitirdikdən 4 il sonra, bütün qəzetlər Eynşteynin təxmin etdiyi şəkildə planetlərin mövqelərinin astronomik ölçü dəyərlərinin Nyutonun hesablamalarından bir az fərqli olduğunu bütün dünyaya elan etdi. Nəticələr Eynşteynin nəzəriyyəsini uğurlu bir şəkildə təsdiqlədi və bir gecədə simvol halına gətirdi. Eynşteyn, Nyutonu yıxan və bizi təbiətin gerçək qanunlarına bir addım daha yaxınlaşdıran adam oldu.

Eynşteyn toplumun diqqətini necə çəkəcəyini bilirdi. Bəzən ağıllı sözlər ortaya ataraq: ”Mən əzmli bir sülh sevirəm” deyərdi. Çarli Çaplin City Lightsin qala gecəsində Eynşteynə bunları söylədi: 
İnsanlar məni anladığı üçün alqışlayırlar, Səni isə anlamadıqları üçün aqlışlayırlar
Bu Eynşteynin çox yaxşı oynadığı bir rol idi. Birinci Dünya Müharibəsində bezmiş geniş xalq kütləsi onu sevgi ilə qucaqladı.

Eynşteyn uzun zaman boyunca doğru qəbul edilən nəzəriyyələrin necə dəyişdirilə biləcəyini göstərən mükəmməl bir örnəkdir.

Söyləyə biləcəyimiz ən yaxşı şey, Eynşteynin fizikada yer alan dərin problemləri həll edən, doğru zamanda doğru zəka olduğudur.

Bütün bu uğurlar göz önünə alındığında, ağlımıza bu sual gəlir: Başqa bir Eynşteyn gələcəkmi? Bu sualı verərkən məqsəd elmi irəliyə aparacaq başqa bir dâhinin gəlib-gəlməməsidirsə, cavab əlbəttə ki, bəlidir. Eynşteyn öldükdən sonra keçən 50 ildə belə elm adamları əslində ortaya çıxdı.

Müəllif: Sadiq Şamilov
Eynşteyn Dünyanı necə dəyişdirdi? Eynşteyn Dünyanı necə dəyişdirdi? Reviewed by Kvant Dünyası on 01:56 Rating: 5

1 comment:

Powered by Blogger.