Azərbaycan dilində vəsaitlər demək olar ki, azdır. Müxtəlif elm sahələrində İngilis, Rus və digər dillərdə axtarış edəndə lazımi qədər məlumat əldə etmək olur. Ancaq Azərbaycan dilində axtarış edəndə internet üzərindən çox az məlumat gəlir. Gələnlər isə sadəcə ümumi məzmun haqqında olurdu.
Bütün dünya fiziklərinin bu an etibarı ilə üzərində işlədikləri fizika sahəsindən biri və ən vacibi də kvant kizikasıdır. Bunun haqqında internetdə və ya sosial şəbəkələrdə axtarış edəndə çox az məlumat əldə olunur. Azərbaycan dilində təbii ki. Açıq ensiklopediya olan Vikipediyada belə azərbaycanca kvant fizikası haqqında çox az məlumat var.
Bizlərdə fizikasevərlər oldugumuzdan istədik ki, bu sahəni Azərbaycanda gənclərə sevdirək və tanıdaq. Çünki kvant fizikası deyiləndə hamının tükü biz-biz olur. Elə də olmalıdır ancaq. Ancaq qorxudan yox heyranlıqdan. Bunları nəzərə alaraq Kvant Dünyası adlı Facebook səhifəsni qurduq, daha sonra isə eyni adlı bloq quruldu. Və istifadəçi kütləmizdə gedərək artdı və artmaqdadır.
Səhifədə “Kvant fizikası nədir?” sualından başlayaraq, onun ən müasir halı, formullarını, və digər Kvant Fizikasını öyrənmək üçün lazım olan hər məlumatı veririk və bu yolda davam edirik. Eyni məlumatlar bloqda da yerləşdirir və yayımlanır ki, daha çox insana çatsın.
Səhifəninn qurucuları :
- Sadiq Şəmilov: Sakarya univeristetində Elektrik-Elektronika mühəndisliyi üzrə təhsil alıb. İlk təhsilini Qafqaz Universitetində almışdır. 4 seminar və 1 konfrans iştirakçısı olaraq, seminarlarının 2-si Kvant fizikası və təməl yaşam qanunları üzrə, digəri Molekullarln sürətlərə görə paylanması-Maksvell-Bolsman paylanması, digəri isə H.A.A.R.P üzrə olmuşdu.
Gənc tədqiqatçıların ikinci beynəlxalq konfrasında Nanofilmlər üzrə iştirak etmişdir
Kvant Fizikası, Kvant mexanikası, onun fəlsəfəsi üzrə araşdırlamalar aparır və bunun hamısı demək olar ki. Səhifədə bloqda paylaşır.
- Valeh Fərzəliyev: Hal hazırda Tartu Universitetində Kompüter Elmləri ixtisası üzrə doktorantura tələbəsidir. Bakalavrı ADA Universiteti, magistrı isə Tartu Universitetində bitirib. Məktəblilərarası Respublika və Beynəlxalq Fizika Olimpiadalarının iştirakçısı olmuşdur. Elmi araşdırma mövzusu post-kvant kritptoqrafiyadır. Həmçinin, kvant fizikası, texnologiyaları və kompüterləri həvəskar araşdırma sahəsidir.
Bizlər sadəcə elmə xidmət edirik, bu yolda addımlayırıq. Azərbaycan gəncliyinə Elmi, xüsusəndə Kvant Fizikası sevdirərək tanıtmaq bizim məqsədimizdir.
Zaman keçdikcə artıq Səhifə və Bloqla yanaşı elmi təşkilat kimidə fəaliyyət gösdərəcəyik. Seminarlar, mühazirələr və sairə fəaliyyətlər olacaq.
Bizi izlədiyiniz üşün təşəkkür edirik. Bizimlə qalın, Bizimlə öyrənin!