Mexanika fizikanın ilk yaranmış qoludur. Tərifə əsasən, mexanika cisimlərin hərəkətini və onlara təsir edən qüvvələri öyrənən elmdir. Klassik və kvant mexanikası olaraq ikiyə ayrılır. Orta məktəbdə tədris olunan klassik mexanikadır. Kvant Dünyası olaraq sizlərə kvant mexanikasından və onun tətbiqindən söz açırıq. Klassik mexanika aşağıdakı qollara ayrılır:
- Axışqanlar Mexanikası: Mayelərin hərəkətini öyrənir.
- Akustika : Səsi, və onun bərk, maye və qazlarda hərəkətini öyrənir.
- Analitik Mexanika: Nyuton Mexanikasının şəkilləndirilmiş halı.
- Hamilton Mexanikası: Enerjinin saxlanma qanunu əsas götürülür.
- Laqranj Mexanikası: Minimum Təsir Prinsipinə əsaslanır.
- Astrodinamika: Digər adi ilə, Orbit Mexanikası. Peyklər və roketlərin hərəkətini və onların dayanıqlı orbitlərini hesablayır.
- Bərk Cisimlərin Mexanikası: Adından da göründüyü kimi bərk cisimləri, onların elastikliyi, deformasiyaya uğramalarını və digər xassələrini öyrənir.
- Bütöv Mühit Mexanikası: Materialların xassələrini və onların kinematik analizini bütöv hissə kimi qəbul edib öyrənir
- Fəza Mexanikası: Göy cisimlərini və onların hərəkətini öyrənir
- Hidravlika: Mayelərin mexaniki xassələrini öyrənir. (Axışqanlar Mexanikasından fərqlidir)
- Mayelərin Statikası: Mayelərin tarazlığını araşdırır.
- Nyuton Mexanikası: İlkin mexanika
- Kinematika: Cisimlərin hərəkətini öyrənir
- Dinamika: Cisimlərə təsir edən qüvvələri öyrənir
- Relyativist Mexanika: Eynşteynin Nisbilik Nəzəriyyəsi nəzərə alınaraq, işıq sürətinə yaxın hərəkətlərdə klassik mexanika qanunlarını öyrənir.
- Statika: Bərk cisimlərin tarazlıq hallarını araşdırır.
- Statistik Mexanika: Klassik mexanikanın bilinməyən hallarda ümumiləşməsi. Adətən, termodinamika qanunlarını əldə etmək üçün istifadə olunur. (Maksvell-Bolsman Statistikası)
- Tətbiqi Mexanika (Mühəndislər üçün Mexanika)
- Torpaq Mexanikası: Torpağın mexaniki xassələrini öyrənir
Klassik Mexanikanın Tarixi:
Qədim dövrlərdən günümüzə qədər mexanika həm çox ad dəyişib, həm də çox inkişaf edib. Fizikanın banisi Aristotel olduğuna görə, mexanikanın ilkin forması Aristotel Mexanikası adlanır. Burada, hərəkətin başlanğıc analizləri, efir və daha çox fəlsəfi anlayışlar yer almaqdadır. Bu üslub Hipparx tərəfindən inkişaf etdirilib və Hipparx Mexanikası da adlanır.
Orta əsrlər, klassik mexanika üçün böyük kəşflərin başlanğıcı olub. Hipparx və ondan sonra Filoponun əsərlərində üfüqə nəzərən bucaq altında atılmış cismin hərəkət analizi yer alır. Bu öz növbəsinə, kütlə, ətalər, sürət və təcil anlayışlarını elmə gətirib. Daha sonralar, Tomas Bradvardin tərəfindən hündürlükdən düşən cisimlər hərəkəti ilə bağlı yeni qanunlar ortaya atılıb. Yəhudi əsilli Ərəb alimi Əl-Bağdadi tərəfindən ilk dəfə, sabit qüvvənin sabit təcil yaratdığı qeyd edilib. Sonralar, 14-cü əsrə kimi təcilli hərəkət düsturları meydana çıxıb.
Qalileo Qaliley və İsaak Nyuton tərəfindən klassik mexanikaya çox önəmli töfhələr verilib. Piza Qülləsindən aşağı cisimlər ataraq sərbəst düşməni Qaliley öyrənmişdi. Nyuton isə törəməni inkişaf etdirib, riyazi analiz və inteqralı kəşf edərək o vaxta kimi bilinən bir çox anlayışları vahid riyazi-fiziki sistemə salıb. Özünün üç qanunu və Ümumdünya Cazibə Qanunu hal-hazırda ən məşhur və ən əhəmiyyətli qanunlardır. İndi bu anlayışlar Nyuton Mexanikası adlanır.
Kopernikus ilk dəfə olaraq Yerin deyil Günəşin mərkəzdə olduğunu və planetlərin onların ətrafında dövr etdiyini irəli sürdü. İohan Kepler isə bu ideyanı təkmilləşdirərək öz qanunları hazırladı.
Müasir dövrdə Nyuton Mexanikası şəkilləndirilməyə başladı. Fərqli baxış bucaqları yarandı. Laqranj məsələyə minimum təsir üzərindən baxdığı halda, Hamilton enerjinin saxlanma qanunu əsas götürdü. Mexanikanın yuxarıda adı çəkilən digər sahələri yaranmağa və inkişaf etdirilməyə başlandı. Ən böyük triumf mexaniki hesablamalarla Neptunun kəşfi oldu. Albert Eynşteynin Nisbilik Nəzəriyyəsi relyativist mexanikanın başlanğıcı oldu. Elə həmin illərdə kvant mexanikası yarandı və alimlər o istiqamətə yönəldilər.
Hal-hazırda klassik mexanikada daha dəqiq təcrübələr aparılaraq bilinən modellər daha təkmilləşdirilir.
Mexanika Qanunları:
Nyutonun 1-ci qanunu:
Elə hesablama sistemləri var ki,cismə digər cisimlər təsir etmədikdə,və ya ona edilən təsirlər bir-birini tarazılaşdırdıqda o, sükunətdədirsə sükunət halını,düzxətli bərabərsürətli hərəkətdədirsə düzxətli bərabərsürətli hərəkət halını saxlayarNyutonun 2-ci qanunu:
Cismə təsir edən qüvvə onun kütləsi ilə tərs, təcili ilə düz mütənasibdir. F = ma
Nyutonun 3-cü qanunu:
Qüvvələr cüt-cür yaranırlar. Lakin, fərqli cisimlərə tətbiq olunduqlarından bir-birilərini tarazlaşdırmırlar.Nyutonun Ümumdünya Cazibə Qanunu:
Aralarındakı məsafə R, kütlələri m1 və m2 olan cisimlər bir-birilərini aralarındakı məsafə ilə tərs. onların kütlələri hasili ilə düz mütənasib olan qüvvə ilə cəzb edir.
Keplerin 1-ci qanunu
Hər planet fokuslarının birində Günəş yerləşən ellips boyunca hərəkət edir
Keplerin 2-ci qanunu
Hər bir planetin radius vektoru bərabər zaman fasilələrində bərabər sahələr cızırKeplerin 3-cü qanunu
Planetlərin Günəş ətrafında siderik dolanma periodlarının kvadratları onların orbitlərinin böyük yarımoxlarının kubları ilə mütənasibdir.
Birinci hissənin sonu.
0 Comments