Fizikanın ən qabaqcıl, eyni zamanda ən çətin nəzəriyyələrindən biri də Standard Modeldir. Nəzəriyyə demək doğru olmaz, çünki bu modeldir. Yəni, zərrəciklərin hal-hazırki bilinən xüsusiyyətlərini ən yaxşı izah edən model. Bu modelin 40 ildən artıq yaşı var. Hələ o zamanlarda Peter Higgs yeni irəli sürülən kvarkların, məlum olan leptonların və bozonların niyə və necə kütləyə sahib olduqlarını izah edən, onları xassələrinə görə qruplaşdıran bir model haqqında fikirləşirdi. 2012-ci ildə Hiqqs bozonunun tapılması bu modelə əlavə prestij və modelin banislərinə Nobel Mükafatı qazandırdı. "Elementar zərrəciklər haqqında" bloq yazımızda Standard Modelə görə zərrəciklərin təsnifatını ətraflı izah etmişik*. Bu yazımızda isə sizlərə bu gözəl tənliyi hissə-hissə izah edəcik.
Böyük mənzərə
Aşağıdakı tənlik Standard Modelin Laqranjıdır. Laqranj tənliklərin köməyi ilə sistemin halını və ala biləcəyi maksimum enerjini təyin etmək olur. Texniki olaraq, Standard Modeli bir çox tənliklərlə göstərmək olar. Lakin, Laqranj ən sadəsi olar1-ci Bölmə
Bu tənliyin ilk 2 sətri güclü qüvvə daşıyıcıları qlüonları təsvir edir. Öz aralarında təsirə girən və rəng yükünə malik qlüonlar 8 növdə olur.2-ci Bölmə
Təxminən tənliyin yarısını tutan 2-ci hissə, əsasən W və Z bozonları olmaqla, bozonlar arasındakı qarşılıqlı əlaqəni izah edir.
Bozonlar qüvvə daşıyıcılarıdır, 4 tipə malikdirlər və bir-biriləri ilə 3 qüvvənin köməyi ilə təsirdə olurlar. Fotonlar elektromaqnetizmi, qlüonlar güclü qüvvəni, W və Z bozonları zəif qüvvəni ötürür. Ən son kəşf olunan Hiqqs bozonu isə növbəti hissədə yer alır.
3-cü Bölmə
Elementar zərrəciklərə kütlə verən Hiqqs sahəsi ilə sadə təsirlər də bu hissədə qeyd olunub.
Son araşdırmalara görə neyrtinoların kütləsi 0dan fərqlidir. Lakin bu tənlikdə bütün neytrinoların kütləsi 0 qəbul edilib. (Xəta yoxsa boşluq?)
4-cü Bölmə
Kvant mexanikasında zərrəciyin izləyəcəyi heç bir tək trayektoriyadan bəhs edilə bilməz. Bu cür tənliklərdə mütləq artıq lazımsız effektlər olur. Bu effektlər ruh adlandıracağımız virtual zərrəciklərin hesabına aradan qaldırılır.
Bu hissədə Hiqqs sahəsinin virtual əsəri Hiqqs ruhunun fermiyonlarla necə əlaqəyə girdiyi təsvir edilib.
5-ci Bölmə
Nəhayət, gəldik son bölməyə. Bu son bölmədə daha çox ruhlar əlavə olunub. Bunlar zəif qüvvə ilə təsirdə yarana biləcək artıq lazımsız effektləri aradan qaldırmaq üçün istifadə olunan Faddeyev-Popov ruhları adlanır.
Bu tənliyi təqdimat üçün hazırlayanda kompüterə köçürmək 4 saatdan çox vaxt alıb. Siz neçə dəqiqəyə oxuyarsınız?
* Zərrəciklərin siyahısı, təsnifatı və onların xassələri haqqında daha çox məlumatı Zərrəciklər adlı mobil tətbiqetməmizdən istifadə edərək öyrənə bilərsiniz. (yalnız Android platformalı istifadəçilər üçün)
* Zərrəciklərin siyahısı, təsnifatı və onların xassələri haqqında daha çox məlumatı Zərrəciklər adlı mobil tətbiqetməmizdən istifadə edərək öyrənə bilərsiniz. (yalnız Android platformalı istifadəçilər üçün)
0 Comments