Mayorana Neytrinoları Axtarışında


mənbə: KamLAND-Zen qruplaşması

Ettore Mayorananın yürütdüyü fərziyyədəki kimi, neytrinolar və antineytrinolar eynidir? Əgər bu doğrudursa, neytrinoların Mayorana təbiəti neytrinoların niyə kütləyə sahib olduqlarını və kainatda maddənin niyə antimaddədən çox olduğunu açıqlaya bilər. Yaponiyada yeraltı neytrino detektorundan istifadə edərək, KamLAND-Zen qruplaşması Mayorana fərziyyəsini doğrulaya biləcək indiyə kimi bilinən ən həssas neytrinosuz ikiqat beta parçalanma hadisəsini araşdırıblar. Əldə olunan nəticələr Mayorana neytrinolarının mümkün xassələrində ciddi sərhədlər qoyur.

İkiqat beta parçalanması iki neytronun iki antineytrino şüalandıraraq iki protona (və ya tərsi) çevrildiyi nüvə prosesidir. Əgər neytrinolar Mayorana fermionlarıdırsa, onda şüalanan iki antineytrino bir-birini islah edərək, heç bir antineytrinosuz çevrilmə baş verəcək. Lakin, belə neytrinosuz ikiqat beta çevrilmələri çox nadir prosesdir. Yüksək miqdarda ikiqat beta çevirlməyə məruz qalan 35 təbii izotoplardan istifadə edilən araşdırmalar hələ ki, heç bir nəticə verməyib.

KamLAND-Zen qruplaşması cihazlarının həssaslığını neytrinosuz ikiqat beta çevrilmələrinə qarşı bir neçə qat artırıb. Tədqiqatçılar çox zəif fon səsküylü təmiz detektorları artıq quraşdırıblar. Onlar görünməmiş miqdarda ksenon-136 işlədiblər. Eyni zamanda, bu maddə detektorlarda arzu olunmaz siqnallar verə biləcək bütün radioaktiv tərkibdən təmizlənib. Bir neçə ilin araşdırmalarını birləşdirdikdə, bu təcrübə ötən illərdəkilərə nisbətən neytrinosuz ikiqat beta çevrilmə ehtimalını 6 dəfə artırılıb. Bu ehtimal çevrilmənin ömrünə uyğun gəlir (1026 il). Bu təcrübə tədqiqatçılara Mayorana neytrinoların kütləsinə ciddi üst sərhədlər təyin etməyə imkan verdi (61-165 meV-dan az).

Bu tədqiqat Physical Review Letters jurnalında dərc edilib.


Məqalə physic.aps.org saytından tərcümə olunub.

Tərcümə etdi: Kvant Dünya

Post a Comment

0 Comments