Fermionlar və Bozonlar

Yazılarımızda tez-tez fermion, bozon, mezon və digər terminləri görmüsünüz. Lakin, onları yadda saxlamaq çətindir. Bir postda eyni anda elektrona fermion, lepton və hətta digər adlarla çağırmaq olur. Bəs bu hansı məntiqə dayanır?

Sinifləndirmə. Zərrəciklər fərqli xassələrinə görə müxtəlif qruplara ayrılır. İlk öncə spin ədədinə görə, sonra yükünə, tərkibi və kütləsinə görə zərrəcikləri bir-birindən fərqləndirəcik.

Spin ədədi. Zərrəciklərin kvant mexanikasında ən çox istifadə olunan xassələrindən biri də onların spin ədədləridir. Spin ədədləri Pauli tənliyinin həllindən də tapıla bilər. Bu tənliyin həllindən zərrəciyin ya tam, ya da yarım spin ədədinin olması tapılır. Məsələn, 0,1,2,1/2,3/2,,-1,-1/2 və s. Tam spin ədədli zərrəciklər bozon, yarım-tam spin ədədli zərrəciklər fermionlar adlanır. Elektron (1/2 spin) fermiondur, qraviton (2 spin) isə bozondur.




Fermionlar əsasən maddə daşıyan zərrəciklərdir. Yəni, bütün gördüyümüz hər şey onlardan yaranıb. Bozonlar isə qüvvə daşıyıcılarıdır. Məsələn, qravitasiya qüvvəsini qraviton adlı bozon daşıyır. Elementar zərrəciklərlə yanaşı nüvə kimi qarışıq sistemlər də fermion vəya bozonlar olaraq adlandırıla bilər.

Fermionlar da öz növbəsində iki ailəyə bölünür. Leptonlar və Kvarklar. Elementar olmayan baryonlar da fermiondur. Mezonlar isə bozondur. Lakin, qarışıqlıq yaranmasın deyə bu mövzuları sonraya saxlayırıq.

Post a Comment

0 Comments