Ludwig Boltzmann

Ludwig Boltzmann məzar daşında bir tənlik var. Entropiya, xaos və təsadüfiliyin tənliyi.


1844-cü ildə Vyanada anadan olub. Atası orta gəlirli vergi məmuru, anası isə varlı ailənin qızı idi. Riyaziyyat və fizikaya xüsusi marağı olsa da, o dövrdə tamamilə elmlə maraqlanmırdı. Əsas marağı Musiqiyə idi və bəzən piano ifa edirdi. 

Gənc Boltzmann  Vyana Universitetinə daxil olur və radial istilik və temperatur arasındakı əlaqəni təcrübi şəkildə ortaya qoyan gənc alim Yozef Stefan ilə qurduğu dostluğu sayəsində Maksvelin elmi tədqiqatları ilə tanış oldu. Boltzmann 1869-cu ildə dərs vermə haqqı olan “venia lenegd” ilə mükafatlandırıldı. İki il sonra Qrazda Riyazi Fizika üzrə professor təyin edildi və bir neçə il sonra  özünün məşhur tənliyini öz məqaləsində (Qaz Molekullarının Tarazlığı üzərinə  Araşdırmalar) nəşr etdirdi.
Boltzmanın yaşadığı dövrün fizikası “Dəqiqlik”  Fizikası idi. Halbuki, Botzmann dünya nizamının əslində atomların təsadüfi şəkildə toqquşmalarının üzərində qurulduğunu iddia edirdi.  Bu fikirlərdə onun yaşadığı dövr üçün uyğunsuz və radikal fikirlər idi. Bəlkədə buna görə Boltzmann anlaşılmırdı. 
Nəticə etibarilə ilə insanlar Fizikanın, elmin “dəqiq”liyinə alışmışdılar. Qeyri-dəqiqliyə yer yox idi.  Boltmannın nəticələri Ehtimala söykəndiyi üçün və ehtimalda “dəqiq”liyin sütunlarını yerindən oynatdığı üçün onu heç kim dinləmək istəmirdi. Buna görə rahatlıqla deyə bilərik ki, Boltzmann Yalnış zamanda doğulmuş Doğru dahi idi. 
Dövrün idealist filosoflarından olan Ernts Mach Boltzmanna heç mərhəmət etmədən öz fikrini belə ifadə edirdi:
    “Bir atom görə bilmirəm. Onlar Ehtiyacıma yoxdur, zatən onlar Yoxdurlar. Elə isə niyə onları daxil edim ki?”


Boltzmannın üzərində çalışdığı entropiya heç bir sistemin mükəmməl ola bilməyəcəyini göstərirdi. Niyə hər zaman bir nizamsızlığın olmalı olduğu fikrini də açıqlayırdı. Bu isə Klassik Fizikaya ziddi idi. Çünkü Klassik Fizikanın “zaman mövhumu” fərqli idi.

Nəhayət Boltzmann 1873-cü ildə Tam Professorluq təklifi aldı. Bunun üzərinə Qraz Universitetindən ayrıldı. Ancaq Qrazdan ayrılmadan öncə, gələcək həyat yoldaşı olacaq, Von Ailgentler tanış oldu
Boltzmann Qrazda 14 il keçirdi və bu 14 ilin 12 ilini xoşbəxt idi. Sonra isə Viyanaya getdi. Ancaq Viyanaya getdiyi üçün sonralar peşman olacaqdı…
19-cu əsrdə Vyana cəmiyyəti siyasətdə, sənətdə və elmdə “dəqiq”lik axtarışı içində idi. Və Boltzmann bu fikirlərin arasında qaldı. Çünkü Vyana “mədəniyyəti” “Yeni” ni qurcalayacaq fikrə sahib deyildi. Ancaq Boltzmann da inadkar və istəkli idi.
Zaman keçdikcə Botlzmannın rəqiblərini öz fikrinə inandırmaq üçün verdiyi mübarizə və əzm özünü əldən salırdı. Enerjisini alırdı.  Nəhayət öz fikirini bu cür ifadə etdi:
“Bütün həyatımı mənalandıran bu məqsəd uğuruna heç bir fədakarlıq çoxda yüksək sayıla bilməz”
Boltzmann həyatının son illərində heç bir elmi araşdırma etmirdi. Yorğun idi…1906-cı ildə həyat yoldaşı və qızı ilə Duinoya  istirahətə gəldi.  Əhvalı heçdə yaxşı olmayan, tez-tez depressiya krizinə düşən Boltzmann həyat yoldaşı və qızı yürüyüşə çıxarkən, arxada heç bir qeyd buraxmadan özünü asdı və yaşamını sonlandırdı…
Boltzmann bilindiyi kimi, Qazların Kinetik Nəzəriyyəsinin banilərindən hesab olunur. Onun kəşfinə görə qaz molekulları nizamlı şəkildə deyil, xaotik olaraq hərəkət edirlər və təsadüfi olaraq bir-birləri, qabla toqquşurlar. Bu toqquşma nəticəsində onların hərəkət momentləri dəyişir. Hərəkət olduğu üçün burada kinetik enerjidən bəhs edə bilərik. Və qazların kinetik enerjiləri temperatur artdıqda artır, azaldıqda isə azalır. 
Bundan başqa, Entropiya, Statistik Mexanika, istilik Radiasiyası kimi nəzəriyyələrin ortaya çıxmasında böyük rol oynamışdır. 
Boltzmann əsasında Statistik Mexanikaya yeni həllər gətirərək kainata yeni baxış bucağı ehtiva etmişdir. Məsələn, Botzmana görə kainatda bir maddənin ola biləcəyini və ya ola bilməyəcəyini dəqiqliklə demək mümkün deyil. Boltzmann düşünürdü ki, entropiya davamlı olaraq artma yönündədir, əsasında bir cismin parçalarına ayrıldıqdan sonra öz əvvəlkini vəziyyətinə qayıtmasını ehtimal tərəfdən baxsaq və ömrümüz yetsə müşahidə edə bilərik…
Boltzmann, kainatın işləməsini açıqlayan təməl düsturlardan biri olan S=k*ln*W düsturunu kəşf etmişdir və bütün ömrünü buna həsr etmişdir...
Acı gerçək budur ki, Boltzmann öldükdən az müddət sonra Boltzmana layiq olduğu mükafat və dəyər verildi.  Biraz daha dözsə idi 20-ci əsr fizikasının inqilabi atalarından olacaqdı.  Boltzmann yaşadığı kimi ölmüşdü, ancaq yalnış zamanda...
Yuxarda gördüyünüz düstur isə məzarına həkk olunmuşdur...

Post a Comment

0 Comments