Kvant Zeno Təsiri



Atılan bir daşın havada olduğu bir anı dayandırsaq onun hansı yönə getdiyini necə deyə bilərik?


Gündəlik həyatda fərqinə varmadığımız sadə olaylarla fizikanın dərinliklərinə enə bilərik. Məsələn, yuxarıdakı sualdakı daş. Həmin dondurulmuş anda kənardakı müşahidəçiyə görə daş havada hərəkətsizdir və öncəki bir an olmasa növbəti anda harada olacağını təxmin etmək mümkün deyil. Yəni, daş bir anlıq havada asılı qalıb. Əgər belə müşahidəni tez-tez etsək daş atıldığı yerə gedəcəkmi? 


Təbii ki, bəli. Çünki, biz bilirik ki, belə müşahidəni edə bilmərik. Amma, bunun bir adı var:  Zeno-nun ox paradoksu. Bu paradoksun yaranması səbəbi kəsilməz zaman anlayışını anlara - nöqtələrə bölməklə başlayır. Kvant fizikasına görə isə ən kiçik zaman aralığı anlayışı var, amma nöqtəvi zaman anlayışı yoxdur. Kvant fizikasının özündə hiss olunan bu təsir isə daha maraqlı və gerçəkdir. 

Kvant Zeno təsirini bəlkə də eşitməmisiniz. Çox məşhur olmasa da, Şrödingerin pişiyini ölməkdən o xilas edə bilər. Paradoksda olduğu kimi, burada da tez-tez ölçməkdən gedir söhbət. Gəlin, test mühitimiz tez-tez həyəcanlanıb stabil vəziyyətə qayıdan atom və elektron sistemi olsun. Müşahidə edilmədikdə bu sistem həm həyəcanlanmış, həm də həyəcanlanmamış halın superpozisiyasındadır. Eyni zamanda, müşahidə etmədən absorbsiya və emissiya hadisələrdən atomun halını bilmək olar. Biz bilirik ki, müşahidə sistemin dalğa funksiyasını onun ala biləcəyi məxsusi qiymətlərdən birinə çökdürür. Maraqlısı budur ki, dediyimiz sistemə müəyyən tezliklə ardıcıl müşahidələr apardıqda həyəcanlanmış elektron stabil vəziyyətə qayıda bilmir. Yəni, yerində qalır. (Zeno təsiri). Daha da maraqlısı, müşahidə etmə tezliyini artırsaq elektron daha tez stabil vəziyyətə keçəcək (Anti-Zeno təsiri). 



Oxşar təcrübəni Şrödinger pişiyi üzərində də aparmaq olar. Bu pişik qapalı bir qutuda saxlanılıb. Hansı ki, o qutu açılsa içində quraşdırılmış mexanizm anında işə düşəcək və zəhərdən pişik öləcək. Digər bir yandan pişik havasızlıqdan ölə bilər. Verilən bir anda pişik sağdır yoxsa ölü? Kvant fizikasının təməl prinsipi olan superpozisiyaya görə müşahidə edilməyən anda 50% ehtimalla hər ikisi ola bilər - ölü vəya diri. Lakin, müşahidə edildiyində bir hala keçəcək. Kvant Zeno təsiri isə tez-tez müşahidə edərək pişiyi qurtarmağa zəmanət verir. Elektron və pişiyin taleyi eynidir. Pişik qutu bağlı ikən sağ olduğuna görə tez-tez qutunu açsaq ( və bağlasaq) zəhərlənmədən sağ qalacaq. Lakin, ehtiyatlı olmaq lazımdır. Çox cəld açsaq Anti-Zeno təsiri baş verər və pişik qəfil ölə bilər!



Post a Comment

0 Comments