Artıq
Elektrik Maşınları adlı silsilə yazımızın 4-cü hissəsinə gəlib çatdıq. Bu hissədə
sizlərə Sinxron Elektrik Maşınları haqqında bilgi vermək istəyirəm.
Bir Elektrik Maşını olaraq tezlik və qütb sayı ilə mütənasib bir şəkildə hərəkət
edərək sabit bir sürətdə dönən Dəyişən Cərəyan
Maşınlarına Sinxron Elektrik Maşınları deyilir. Bir Elektrik Maşının girişinə
elektrik enerjisi verib, çıxışından mexaniki enerji əldə edilirsə, bu işləmə
formasına Motor işləmə prinsipi deyilir. Sinxron dövrlə fırlanan motorlara
Sinxron Motorlar deyilir. Sinxron Motorlar, İçlərində dönən Maqnit sahə sürətində,
yəni Sinxron sürətdə dönərlər. Sinxron kəlməsinin tam mənası “Eyni Zamanlı” deməkdir.
Göründüyü üzrə Fırlanan maqnit sahəsi ilə
dönən rotor eyni sürətdə oldugu üçün sinxronluq yaranır və adını da burdan
almışdır...
Sinxron dövr Motoron tezliyi və qütbünə bağlıdır. Sinxron Motorların İşləmə Prinsipi.
Sinxron motorlarda, rotora bağlı yük dəyişsə belə dövr sayı eyni qalan motorlardır. Yəni maqnit sahəsi hansı sürətlə fırlanırsa, ona bağlı rotor mili də eyni sürətdə fırlanır. Təməl olaraq Sinxron Genaratorlarla aralarında elə böyük fərq yoxdur. Sadəcə, Genaratorlar Rotorunun təhrik edilməsi sabit cərəyanla olduğu halda, Sinxron Motorların rotoru Sabit Cərəyanla bəslənir, Statoru isə Dəyişən Cərəyan ilə bəslənir. Təməl olaraq Asinxron Mühərriklər ilə fərqi yoxdur. Sinxron Motorlar İnduksiya prinsipin təməl alaraq işləyirlər. Detallar belə eynidir. Yəni Sabit detal olan Stator, Fırlanan detal Rotor, Arxa və Yan qapaqlar tamamən eynidir. Sadəcə, Sinxron mühərriklərdə əlavə olaraq enkoder də olur. Və ilk işə düşmə anında sinxronizasiyanı tənzimləmək üçün İnvertor, Konvertor və bir sürücü istifadə edilir. Çünki, sinxron maşınlar öz başlarına işə düşə bilmirlər Bu motorlarda rotor mili sürətilə, dönən maqnit sahə sürəti eyni oldugu üçün bu Sinxronizasiyasını özləri tənzimləyə bilmirlər ona görə yuxarda saydığım İnvertor, Konvertor və ya Sürücü ilə bu motorlara yol verərək işə salmaq lazımdır. Yol vermə bütün motorlarda olur və olmalıdır. Ancaq sinxron motorlarda isə ən vacib hissə elə bu motorlara yol verməkdir. Umumilikdə Stator və Rotordaki sürətin sinxron olmasını son illərdə Maqnitlər ilə təmin edirlər. Bu motor çeşidinə sənayedə daha çok Servo adı ilə də görə bilərsiz. Rotor üzərindəki sabit maqnit sahəsini rotor sarğıları ilə təmin etmək mümkündür ancaq son illər ərzində daha çox həssas işləməsi üçün Motorun, maqnit qruplar da istifadə edilir. Ancaq bu qrupları tək başına düşünməyin. Enkoder və ya Sürücü ilə bir bütün halında olan bu Maqnit qruplar birlikdə bir motor sistemini və ya Servo adı verilən sistemi təşkil edirlər.Sənayedə isə aşağı sürətlərin tələb edildiyi yerlərdə və sürət keçidlərində rahatlığın təmin edilməsi lazım olan yerlərdə Sinxron Mühərriklərdən istifadə edilir. Örnək olaraq Lift sistemlərin göstərə bilərik. Burada enmə və qalxma anlarında sürət keçidlərinin daha rahat şəkildə idarə edilməsi üçün Sinxron Motorlardan istifadə olunması daha əlverişlidir.
Sinxron Motorlar üzərində çox danışmaq olar, ancaq önəmli bilgiləri sizinlə paylaşmağı daha məqbul hesab edirəm.
Asinron
Motorlarlar ilə müqayisə edəsəki olsaq, daha avantajlı oldugun görərik. Belə
ki, Asinxron Motorlarda ilk qalxınma anında meydana gələn qalxınma cərəyanları
Sinxron Motorlarda yoxdur, cosf-si –güc faktoru daha yüksəkdir,Rotorunda hər
hansı bir sarğı və ya mis sarğılar olmadığı üçün Asixnron Motorlara görə böyük
itkiləri yoxdur. Ən əsas fərq isə, Asinxron Motorları Nominal İşləmə rejimində
işlətdiyiniz zaman daha çox qazanc əldə edilir. Aşağı sürətlərdə Asinxron
Motorların qazancı düşür.Ancaq Sinxron Motorlarda belə problem yoxdur. Aşağı
sürətlərdə Motorun qazancı daha yüksəkdir. Ona görə aşağı sürətdə daha çox
Moment əldə etmək üçün Sinxron Motorlardan istifadə edilir.
Növbəti
yazılarda Genaratorlar haqqında bilgiləri görəcəksiniz.
Müəllif: Sadiq
Şamilov.
0 Comments