Tarixin unutmadığı dahi şəxsiyyətlər çox olub. Ancaq
bu şəxsiyyətlərin içində Nikola Tesla və Tomas Alva Edisonun xüsusi yeri var.
Elektrik dedikdə ağla ilk bu iki şəxsiyyət gəlir. Zaman irəlilədikcə bu iki
ixtiraçının yolları kəsişəcək və sözün əsl mənasında aralarında “Cərəyan müharibəsi”
baş verəcək.
Bir tərəfdə Tomas Edisonun Sabit cərəyanı (DC), digər tərəfdə isə Nikola Teslanın Dəyişən
cərəyanı (AC)... Gəlin zamanda keçmişə gedək və hadisələrin axışına
qoşularaq görək bu “müharibə”nin qalibi kim acaq... Əvvəlcə “müharibə”nin şərtləri
ilə tanış olaq və hər iki tərəfi qısaca tanıyaq, daha sonra “qoy, savaş
başlasın”.
Tomas Alva Edison - dünya şöhrətli amerikalı ixtiraçı
və sahibkar. Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min
patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş,
elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin
elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Edison daim oxuyur,
elm və texnikanın bütün nailiyyətlərindən və tələblərindən xəbərdar olurdu. O,
1869-1876-cı illərdə bir sıra orijinal cihazlar ixtira edib, patent almışdı.
1877-ci ildə Edison səsləri plastinkaya yazan
fonoqrafı və sonra yazılmış səsləri yenidən “canlandıran” cihazı ixtira edir. Bu
ixtirasına görə onu “Menlo-parklı
sehrbaz” adlandırırlar. Edisonun bu ixtirası indiki səs texnikasının əcdadı
olur. 1879-cu ildə Edison Lodıginin lampasını təkmilləşdirərək onu praktika
üçün yararlı edir, lampaya sokol, patron əlavə edib, müasir səviyyədəki şəklə
salır. Sonra o, öz dövrünün ən güclü generatorlarının layihəsini yaradır. 1882-ci
ildə dünyada birinci olaraq istilik elektrik stansiyasını qurur və ictimaiyyətin
istifadəsinə verir.
Edison teleqrafı təkmilləşdirərək bir cüt məftillə
eyni vaxtda iki, hətta dörd teleqram vermək üsulunu ixtira edir. O, Bille telefonunu təkmilləşdirib, səsin
telefonda təmiz, aydın və uca olmasına nail olur. Dünyada birinci elektrik dəmir
yolunu o çəkir, qələvili akkumulyatoru ixtira edir, dəmir filizin maqnitlə
seperasiyası üsulunu verir.
Elektrik enerjisinin hər evdə sərf olunmasını miqdını
hesablamaq üçün Edison dünyada ilk sayğacı qurur. Əriyən qoruyucu ixtira edir,
radio lampaları yaratmağın əsası olan termoelektron hadisəsini - Edison effekti
- 1883-cü ildə kəşf edir, kino sahəsində bir çox mühüm ixtiraların müəllifi olur.
Edison həyatı boyu öz laboratoriyasında minlərlə təcrübələr
aparmış və ixtiralarını praktikaya, məişətə çıxartmaq üçün iri zavodlar yaratmışdır.
İxtiraçı-kapitalist olan Edisonun əməyi bütün bəşəriyyətə xidmət edib. Onun
kimya, mədən işləri, hərbi texnika sahəsində də mühüm kəşfləri vardır.
Tomas Edison 1927-ci ildə Milli ABŞ EA-nın, 1930-cu
ildən isə SSRİ EA-nın üzvü olur. (Mənbə:
Fərhad Hacıyev Görkəmli fiziklər kitabı). Ancaq bütün bunlarla birlikdə Edison
sabit cərəyan (DC) istifadə edirdi ki, bu da böyük güc itkisinə səbəb olurdu.
Sabit cərəyanın daşınması üçün iri radiuslu naqillər lazım gəlirdi və hər mil
başına elektrik stansiyası qurulmalı idi. O dövr üçün bu sistemlər ideal hesab
olunurdu. Ancaq özü də bu problemləri düzəltmək üçün gecə-gündüz işləsə də heç nəyə
nail ola bilmirdi. Çünkü sabit cərəyan genaratorlarında problemlər var idi və
bu böyük mühəndislik problemi idi...
Nikola Tesla - müasir dəyişən cərəyan elektrik enerji
şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli
Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısı. Tesla
ixtiralarına görə təxminən 300 patent alıb. Teslanın patentlərinin bəziləri nəzərə
alınmayıb və müxtəlif mənbələr patent arxivlərində gizli yatan bəzi patentləri
aşkar ediblər. İzah üçün qeyd etmək olar ki, Teslanın 26 ölkədə buraxılmış ən
azı 278 patenti var. Teslanın patentlərinin çoxu ABŞ, Britaniya və Kanadadadır,
ancaq bir çox digər patentləri bütün dünyada ölkələrində təsdiqlənib. Tesla tərəfindən
kəşf olunmuş bir çox ixtiraya patent himayəsi qoyulmayıb. Teslanı digər alimlərdən
ayıran şey onun ağlı və yaradıcı düşünmə
qabiliyyəti idi. Bəzən o saatlarla labaratoriyada çalışır, fərqli nəzəriyyələri
müqayisə edirdi. Hətta bəzi qaynaqlara görə Tesla bir dəfə 84 saat
labaratoriyadan çıxmadan işləmişdir. Teslanın əsas hədəfi naqilsiz elektrik enerjisi ötürücülüyü idi. O yerin özünü keçirici
kimi istifadə edərək elektrik enerjisi uzaq məsafələrə öz adını verdiyi Tesla Bobini vasitəsilə ötürmək istəyirdi.
Ancaq burda bəzi problemlər üzə çıxdı və çıxmalı idi də... Onun əsas gördüyü
işlər elektrik stansiyalarının layihələndirilməsi oldu və elektrik mühərriklərini
inanılmaz bir səviyyədə inkişaf ettirdi. Bu elektrik mühərrikinin (maşının)
növu Asinxron maşın idi. Mühərrikin fırlanması
üçün maşın fırlanan maqnit sahəsi hasil edən üçfazlı cərəyan istifadə edirdi
(Tesla prinsipcə 1882-ci ildən düşündüyünü irəli sürmüşdü). Beləliklə,
qığılcımların olmaması, daima işinin yüksək səviyyədə saxlanması və mexaniki
fırçaların əvəzlənməsi kimi üstünlükləri ilə yanaşı kollektora ehtiyac olmadan
öz-özünə işə başlayan kimi layihələndirilən bu innovativ elektrik mühərriki
1888-ci ilin mayında patentləşdirildi. Bunların yanında bir çox ixtiralara imza
atan Tesla tarixin yaddaşında zamanın ötəsində olan dahi kimi qalmışdır. Çünki
onun düşündüyü yaradıcı fikirlər yaşadığı dövr üçün heçdə qəbul edilən
deyildi...
İndi hər iki tərəflə qısa tanışlıqdan sonra baxaq görək
“Müharibə” necə başladı və kim qalıb
oldu.
Bir tərəfdə
yeni və üstün Dəyişən Cərəyanla sistemi ilə Tesla və Vestinqhaus , digər tərəfdə isə daha
geniş yayılmış sabit cərəyan sistemi ilə Tomas Edison və General Electric. Çikaqo Dünya Sərgisində güc kimdə olacaqdı?
Teslanın mı sistemi daha güclü idi, yoxsa Edisonun mu?
Əvvəlcə Edisonun sabit cərəyan sisteminin problemlərinə
nəzər salaq. Yuxarıda da qeyd etdiyim kimi, sabit cərəyanın daşınması üçün
böyük radiuslu naqillər lazım idi ki, çünki burada naqilin cərəyana qarşı göstərdiyi
müqavimətdən ötrü daşınan enerjinin böyük bir qismi itkiyə gedir. Bu hal həm dəyişən cərəyanda həm də sabit cərəyanda
da var idi, ancaq dəyişən cərəyanda bunu aradan qaldırmaq daha sadə idi nəinki,
sabit cərəyanda. Belə ki, sabit cərəyanlı sistemləri inkişaf etdirmək üçün
böyük sürətdə hərəkətli və böyük həcmə malik olan genaratorlar lazımdır.
Bunların istifadəsi həm zəhmətli həm də nasazlıq zamanı təmiri çox baha başa gəlirdi.
Amma dəyişən cərəyan isə çox ucuz qiymətə həm inkişaf etdirilə bilərdi, həm də
sistemlər nasazlıq zamanı yenindən təmir edilə bilərdi. Həm də Edisonun Sabit Cərəyanında gərginliyi dəyişdirmək
çox zəhmətli bir iş oldugundan genaratordan alınan gərginliyi istifadiçilərə qədər
eyni şəkildə ötürürdü. Cərəyan kiçik gərglinlik
genaratorlarından istifadiçilərə çatana qədər yolda böyük itkiyə məruz qalırdı.
Edison bunu hər 2 km bir yeni genarator qoyaraq həll etmək isdəyirdi, ancaq bu
yenə də iqtisadi baxımdan bahalı və zəhmətli bir həll idi.
Ancaq Teslanın Dəyişən Cərəyan sistemlərində isə gərginliyi
çox asan bir şəkildə dəyişdirmək mümkün idi. Dəyişən cərəyan şəbəklərindən gərglinlik
istifadəçilərə gələnə qədər yolda böyük gərginliklə gəlirdi və istifadiçələrə
çatdıqda isə transformatorlar sayəsində kiçildilib istifadəyə verilirdi. Beləcə,
daşınan enerjidə itkilər minimuma enirdi və çox az itki ilə elektrik enerjisi
daşınaraq istifadəyə verilirdi. Beləliklə, çox az sayda naqil və bir neçə dirəklə
enerjini daha uzun mənzillərə minimum itkilə daşımaq mümkün olurdu.
Edisonun öz “Avtoriteti”ni qorumaq üçün heçdə xoş
olmayan yollara əl atmağa başladı, çünkü artıq Teslanın Dəyişən Cərəyan sistemləri
Edisonun Sabit Cərəyan sistemlərini qabaqlayırdı, ona üstün gəlirdi. Edison
bütün simpoziumlarda, sərgilərdə, hətta adi söhbətlərdə belə Teslanın Dəyişən Cərəyanını
pisləyərək nüfuzdan salmağa çalışırdı. Çünkü AC (Dəyişən Cərəyan) sistemləri
çox böyük sürətlə yayılırdı və Edison bundan narahat idi. Edisonun yanında işləyən
iki elektrik mühəndisi - Artur Kennli və Harold Broun küçədən topladıqları
pişik və itlərlərlə xalqa AC-nin təhlükələrini göstərmək üçün bir neçə təcrübə
nümayiş etdirirlər. Yüksək platformaya çıxaraq pişik və itlərə canlı-canlı
elektrik verirlər və yüzlərlə izləyicinin gözləri önündə heyvanları öldürürlər.
Zamanla böyükbaş heyvanlarada elektrik verərək onların ölümü ilə AC sistemlərin
necə “təhlükəli” oldugunu xalqa göstərdilər. Bununla da qane olmayan Edison daha
da çirkin yola əl ataraq bir filə elektrik verərək xalqın gözü önündə heyvanı
öldürmək istəyir. Nyu
York sirkinin məşhur fili Topsy 3 nəfərin
ölümünə səbəb olduğu üçün Fil ölümə məhkum edilir. Edison isə bu fürsətdən
yararlanaraq filin elektrik verilərək öldürülməsini təklif edir. Yazıq fil 4
yanvar 1903-cü ildə dəyişən cərəyan mənbəyindən 6000 V gərginlik verilərək 1500
izləyicinin gözü önündəcə öldürülür...
Bütün bunları kamera ilə qeydə alan Edison gələcəkdə
davam ettirdiyi anti-AC propaqandalarında bu qeydlərdən istifadə edir.
Nəhayət, Cərəyan Müharibəsi artıq sonuna doğru yaxınlaşırdı.
Artıq qalıb bəlli olmalı idi. 1893-cü il Tesla və Vestinqhaus üçün bir dönüş nöqtəsi
olacaqdı. Çikaqoda Kristof Kolombun Amerika qitəsini kəşf etməsinin 400-cü
ilini qeyd etmək üçün o günə qədər misli görülməmiş bir sərgi təşkil edilir. Sərgidə
Amerikanı təmsil edən son texnoloji yeniliklər də yer alacaqdı və bunların öncülü
də elektrik olmalı idi. Həm Vestinqhaus,
həm de Edisonun şirkəti ilə birləşmiş olan General
Electric firması sərginin aydınlanma işləri üçün layihəyəyə qatılırlar. General
Electric və Edisonun təklifi 1 milyon dollardan çox idi, halbuki Vestinqhaus
daha az məbləq - 400 min dollar təklif etmişdi. Aradakı qiymət fərqi General
Electric və Edisonun acgözlüyünün deyil, bu cür böyük bir sahəni işıqlandırmaq üçün DC sistemin ehtiyacı olan əlavə
kabel və generator yuvalarınən
qoyulmasından qaynaqlanmaqdadır. Ən sonda layihəni Vestinqhaus qazanır.
Bu Tesla üçün çox böyük bir fürsət idi. Sonunda
dünyaya AC-nin üstünlüklərini, Edisonun propaqanda kampaniyası olmadan göstərə
biləcəkdi. Tenderi itirməkdən heç də xoşbəxt olmayan General Electric qrupu isə
son olaraq işi axsatmaq üçün Vestinqhaus
və Teslanın sərginin işıqlandırılmasında patenti Edisonun olan közərən telli
lampanın istifadəsini qadağan edir. Vestinqhaus qrupu sürətlə bu qadağadan yaxa
qurtarmaq üçün iki pinli yeni bir lampa icad edirlər.
Çikaqo Dünya sərgisi 1 May 1893 tarixində açılır.
Açıldığı günün axşamında hava qaraldıqda o zamanki ABŞ başçısı olan Qlover Çlevlend
işıqları bəsləyən ana mənbənin açarını qapadı, birdən sərgi sahəsindəki
neoklasik binalar yüz minlərlə közərən lampa sayəsində işığa boğuldu . Bu, sərgiyə
qatılan hər kəsin nəfəsini kəsən, möhtəşəm bir mənzərə ortaya çıxardı. Bu işıq
şəhəri Teslanın ana sərgi salonuna yerləşdirdiyi on iki generator sayəsində işləyirdi.
Ziyarətçilər həm AC generatorları, həm sərginin parıldayan işıqlarını, həm də
AC ilə çalışan Vestinqhausun istehsal etdiyi fərqli elektrik alətlərini görmə
fürsəti əldə etdilər. Tesla bu müsbət havanın gətirdiyi müdhiş fürsəti
qaçırmadan sərgi sahəsində AC-nin etibarlı olduğunu göstərən və izləyənlərə
sehrli görünən nümayişlər təşkil edərək
AC-nin əslində etibarlı və möhtəşəm olduğunu nümayiş etdi. Qara smokin,
ağ köynək və qalstuk, melon şapkası və altı rezin ilə örtülü botları ilə AC cərəyandan
istifadə etməklə əllərindən qığılcımlar çıxardaraq, əlində tutduğu kabelsiz
lampaları yandırdı və gələnləri
ovsunladı.
Bu sərgiyə 27 milyon insan gəlmişdi və demək olar ki,
hər kəs Teslanın AC (Dəyişən Cərəyan) sistemini görmüş ondan təsirlənmişdi...
Beləliklə, bu müharibənin qalıbı artıq bəlli idi.
Nikola Teslanın AC sistemləri Tomas Alva Edisonun DC sistemlərini məğlubiyyətə
uğratmışdı. Bu qaçınılmaz sonluq Edison üçün üzücü idi. Çünkü artıq əvvəlki
nüfuzu elədə qalmamışdı. Tesla daha önə keçmişdi.
Cərəyan Müharibəsi Dünyanın Dəyişən Cərəyanın
üstünlüyünü və Teslanın dahiliyini
tanımaqla bitir. Bu Tesla üçün böyük bir zəfər idi. Tesla isə müharibədən qalib
çıxmanın verdiyi güvənlə yeni layihələrə yönəlir. Sonrakı illərdə radiodan rentgen
şüalarına, uzaqdan idarə sistemlərindən radar texnologiyasına qədər bir çox yeni
texnologiyaya imza ataraq tarixə öz adını qızıldan hərflərlə yazdırır. Boş yerə
Teslaya “zamanının ötəsindəki dahi” deməyiblər. Həmişə illər sonranı, əsrlər
sonranı düşünərək hər kəsi qabaqlamağı bacaran şəxs müharibədən qalib ayrıldı.
0 Comments