Ümumdünya Cazibə Qanunu Haqqında

Ümümdünya Cazibə Qanununa qarşı tarix boyu bir çox etirazlar olmuşdur. Bunlardan mənə maraqlı gələni və xatırladığımı sizinlə paylaşıram.

Ümumdünya Cazibə Qanunu. Kredit: Vikipediya


Aparılan dəqiq müşahidələrlə müəyyən olunmuşdur ki, Uran planetinin trayektoriyası Ellipsis deyildir. Əgər Saturn və Yupiterin də təsirini nəzərə alsaq, doğrudan da trayektoriyanın ellipsis olmaması nəticəsinə gələrik. Lakin Saturn və Yupiterin cazibə qüvvələri də nəzərə alındığından Uran planetinin hərəkətində Ümumdünya Cazibə qanunu ilə izah edilə bilməyən qəribəliklər müşahidə olunur. Bundan dolayı cazibə qanunun doğruluğu şübhə altına alındı. 



İngilis alimi Adams və fransalı alim Leverye bir-birindən asılı olmayaraq bu fikrə gəlmişlər ki, Uranın qəribə hərəkəti cazibə qanununun doğru olmaması ilə deyil, indiyədək müşahidə olunmayan yeni bir planetin təsiri ilə əlaqəli ola bilər. Onlar belə bir naməlum planetin Uranı cəzb etməsini nəzərə alaraq, Ümümdünya Cazibə Qanununa əsaslanmaqla Uran planetinin məlum trayektoriyasina görə naməlum planetin yerini hesablama vasitəsilə müəyyən etmişlər. Hesablamadan sonra Leverye aldığı nəticəni bir neçə rəsədxanaya göndərmişdir:


"Cənablar Teleskopunuzu filan yerə yönəldin, orada yeni planet görəcəksiniz"

Belə məktubu alan alimlərdən biri olan Qalle 1846-cı il sentyabrın 23-də Leveryenin göstərdiyi yerdə yeni bir planet: 8-ci planeti(Neptunu) teleskopla müşahidə etdi. Beləliklə Leveryenin qələm-kağızda tapdığı planeti Qalle teleskopla tapdı. 


Qəribədir, deyil mi? Cazibə qanunun doğruluğuna şübhə yarandığı halda bu qanunun doğru olduğu isbat edildi, üstəlik yeni bir planetdə kəşf olundu.

Post a Comment

0 Comments